Bakının 7 rayonla əlaqəsi kəsiləcək- Video
1-12-2011, 15:05
Oxunub: 5 872
Kür çayı üzərindəki körpü yenə uçub dağıldı
Hacıqabul-Bəhramtəpə yolunun 8-ci kilometrliyində, Kür çayı üzərində olan körpü yenə uçub. Körpünün üstündəki bir dəmir beton piltənin uçması nəticəsində yolda maşınların hərəkəti əvvəlcə hər iki istiqamətdə dayandırılıb. Daha sonra 34 saylı Yol İstismar İdarəsinin işçiləri körpünün bir tərəfində uçmuş beton plitələrdən birini bərpa edə bilib.
Hazırda körpü üzərində nəqliyyatın hərəkətinə tez-tez fasilələr verilir. Buna səbəb isə körpünün dekabrın 5-də birdəfəlik təmirə bağlanmasıdır. Belə olan halda isə Şirvan şəhərinin Sabirabad və digər 6 rayonla əlaqəsi kəsiləcək. Bu isə həmin 7 rayonun Bakı ilə əlaqəsinin kəsilməsi deməkdir. Sürücülərə alternativ yol kimi isə Padar çölü üzərindəki Surra körpüsü təklif olunacaq. Bu isə bölgə vətəndaşlarında etiraz doğurur. Çünki təklif olunan yol həddən artıq bərbad və uzaqdır. Sürücülər deyir ki, Şirvan-Sabirabad yolu üzərindəki körpü tez-tez qəzalı vəziyyətə düşür. Bunun səbəbi isə yerli məmurların hər il körpüyə ayrılan milyonlarla vəsaiti kağız üzərində basıb yeməsidir.
34 saylı Yol İstismar İdarəsinin keçmiş işçisi, mühəndis Teymur Hacıyevin sözlərinə görə, son iki ildə körpünün əsaslı təmir olunmasına dövlət büdcəsindən milyonlar ayrılıb: “Ən son Kür daşqını zamanı körpünün əsaslı təmiri üçün vəsait ayrıldı. Heç bir təmir-tikinti işi üzü görməyən körpü isə çox keçmədi ki, ağır tonnajlı maşınların hərəkətinin təsiri ilə də bərbad hala düşdü. Təkcə 2010-cu ildə körpü 12 dəfə uçub. Buna səbəb kimi isə sovet vaxtından qalan beton piltələrin hələ də dəyişdirilməməsidir. Halbuki bu, 2010-cu ildə körpünün əsaslı təmiri layihəsində nəzərdə tutulmuşdu”.
T.Hacıyev deyir ki, ortadakı korrupsiya faktına görə bu işdə birbaşa məsuliyyət sahibi olan Şirvan və Sabirabad rayonlarının icra başçıları, 34 saylı Yol İstismar İdarəsinin rəhbərliyi cəzalandırılmalıdır./musavat.com/
[youtube]http://www.youtube.com/watch?v=LS-gseHpbMU&feature=player_embedded[/youtube]
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər