BolgeXeber.Com » Bölgə » Bərdədə “Biz narkotiklərə yox deyirik” mövzusunda maarifləndirici görüş keçirilmişdir-FOTO

Bərdədə “Biz narkotiklərə yox deyirik” mövzusunda maarifləndirici görüş keçirilmişdir-FOTO

29-10-2014, 17:05
Oxunub: 3 587 Qonaqlar gəncləri maraqlandıran suallara geniş və ətraflı cavab vermişlər

Bolgexeber.com bildirir ki, 29 oktyabr 2014-cü il tarixdə Bərdə rayon Gəclər və İdman idarəsinin təşkilatçılığı ilə Peşə liseyində təhsil alan şagirdlərlə profilaktiki tədbir olaraq “Biz narkotiklərə yox deyirik” mövzusunda maarifləndirici görüş keçirilmişdir. Tədbirdə Gİİ-nin rəisi Anar Şahbazov, baş məsləhətçi Aydın Qasımov, liseyin direktor müavini Rafiq Alıyev çıxış etmişlər. Qonaqlar gəncləri maraqlandıran suallara geniş və ətraflı cavab vermişlər. Sonda iştirakçılara təşkilatçılar tərəfindən hazırlanmış bukletlər paylanılmışdır.