Ramil Usubov həmkarlarına tapança çıxaran polisi işdən qovdu
3-12-2011, 13:25
Oxunub: 7 187
Göygöl Rayon Polis Şöbəsində polis əməkdaşları arasında kütləvi dava baş verib.
Rayondakı mənbədən əldə etdiyimiz məlumata görə, Azər Şahverdiyev adlı polis leytenantı ilə həmkarları arasında yaranmış mübahisə qarşıdurmaya çevrilib. Qəzəblənən zabit xidməti silahını çıxararaq əvvəlcə polisləri hədələyib, sonra şöbənin «Fiat» markalı avtomobilini gülləboran edib.
Azər Şahverdiyevin bu hərəkəti ilə bağlı dərhal daxili işlər naziri Ramil Usubova məruzə olunub. Dünən Ramil Usubovun əmri ilə Azər Şahverdiyev daxili işlər orqanlarının sıralarından xaric olunub. Amma üsyankar polis zabitinə bundan ağır cəza verilməməsi maraq doğurur.
Mənbənin bildirdiyinə görə, A.Şahverdiyev generallardan birinin yaxın qohumudur. Onun qardaşı Mayıl Şahverdiyev isə Göygöl rayonunun hərbi komissarıdır.
Bu hadisə A.Şahverdiyevin çıxardığı ilk qalmaqallı olay deyil. Dövlət Yol Polisinin əməkdaşları qara plyonkalı avtomobillərə qarşı reyd keçirərkən də kütləvi dava baş vermişdi. Avtomobilinin plyonkasının sökülməsi ilə razılaşmayan Azər Şahverdiyev polis əməkdaşlarını söyüb təhqir etmişdi.
“Bizimyol” qəzeti
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər