BolgeXeber.Com » Bölgə » Salyan rayonunda xəstəxanada yanğın olub

Salyan rayonunda xəstəxanada yanğın olub

5-12-2011, 15:45
Oxunub: 4 684 Xəstələr evakuasiya olundular

Bolgexeber.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın Kür Qaraqaşlı kəndində (rayon mərkəzindən 3 km aralı) xəstəxana binasının 2-ci mərtəbəsində meydana gəlib. Yanğın zamanı xəstəxananın elektrik lövhəsi yanıb. Bina yanğından mühafizə edilib, 20 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Faktla bağlı araşdırma aparılır.