BolgeXeber.Com » Bölgə » Daha bir rayonun polis rəisi dəyişdirildi

Daha bir rayonun polis rəisi dəyişdirildi

8-12-2011, 15:00
Oxunub: 5 667 Daşkəsən RPŞ-nin rəisi vəzifəsinə isə hələlik təyinat yoxdur

Bolgexeber.com xəbər veirir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Arif Babayev tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə A. Babayev Zaqatala RPŞ-ə rəis təyin olunub. Daşkəsən RPŞ-nin rəisi vəzifəsinə isə hələlik təyinat yoxdur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət əvvəl Zaqatala RPŞ-nin rəisi Faiq Şabanov Bakının Xəzər Rayon Polis İdarəsinin rəisi təyin edilib.