BolgeXeber.Com » Bölgə » Bərdədə “Gənclər günü ”münasibətilə görüş keçirilib-FOTO

Bərdədə “Gənclər günü ”münasibətilə görüş keçirilib-FOTO

28-01-2015, 12:50
Oxunub: 3 543 Məzunlar tərəfindən müəllimlərə və dərs əlaçısı olan şagirdlərə hədiyyələr verilmişdir

Bolgexeber.com bildirir ki,28 yanvar 2015 – ci il tarixdə Bərdə rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Tofiq İsmayılov adına şəhər 1 saylı tam orta məktəbdə “Gənclər günü ” münasibətilə 1994 – cü il məzunlarının məktəbin yuxarı sinif şagirdləri və veteran müəllimlərlə görüşü keçirilmişdir.
Tədbirdə Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov, respublikanın tanınmış gənc həkim – qastroenteroloqu Arzu Yusifova, məktəbin direktoru Qanboy Məmmədov, müəllimlərdən Aliyə Xurşudova və başqaları çıxış edərək şagirdlərə öz tövsiyyələrini vermişlər. Məzunlar tərəfindən müəllimlərə və dərs əlaçısı olan şagirdlərə hədiyyələr verilmişdir.
Bolgexeber.com