BolgeXeber.Com » Bölgə » Yevlax postunda sürücü DYP əməkdaşına və jurnalistlərə hücum çəkdi- VİDEO

Yevlax postunda sürücü DYP əməkdaşına və jurnalistlərə hücum çəkdi- VİDEO

29-01-2015, 18:10
Oxunub: 3 581 Allah bizi belələrindən saxlasın…

Bu videoçəkiliş Dövlət Yol Polisinin Yevlax postundan çəkilib. Hər halda, dəyərli oxucularımız videonu tam izlədikdə gizli şəkildə DYP əməkdaşlarını çəkərək internetə yerləşdirən sürücülərn əslində süni ajiotaj yaratmaqda daha çox maraqlı olduqlarına şahidlik edəcəklər.

Dia.za bildirir ki, videoçəkilişdən də aydın olur ki, öz xidməti borcunu yerinə yetirən DYP əməkdaşının sürücüdən sənədlərini təqdim etməsi üçün etdiyi müraciəti ilk əvvəlindən elə kobudluqla qarşılanır. DYP əməkdaşı ilə «ə, nədi, ə» ifadələri ilə danışan bu şəxs sonradan çəkiliş aparan jurnalistlərə də çımxırmağı unutmur. Bəli, məhz çımxırmağı…

Hər halda, hər kəs öz mədəniyyətini sərgiləyir.

Sona qədər hövsələli olan DYP əməkdaşı isə öz işini görərək, hər kəsi hədələyən bu sürücü barəsində qanuni ölçü götürür.

Yəqin ki, sonradan bu sürücü «DYP işçiləri mənə qanunsuz cərimə yazdı» deyə bağıracaqdı da… Əgər üzərlərinə «hamınız işverənsiniz» deyərək yürüdüyü jurnalistlər olmasaydı…

Bolgexeber.com videonu təqdim edir: