BolgeXeber.Com » Bölgə » Bərdədə uşaqlar arasında şahmat yarışı keçirilib-FOTO

Bərdədə uşaqlar arasında şahmat yarışı keçirilib-FOTO

30-01-2015, 18:10
Oxunub: 5 795 Qaliblər Gənclər və İdman idarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və qiymətli hədiyyələri ilə mükafatlanıblar

Bolgexeber.com bildirir ki, 26-30 yanvar 2015- ci il tarixlərdə Şahmat Uşaq-gənclər idman məktəbi və Bərdə rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə uşaqlar arasında 2 fevral Gənclər günü münasibətilə şahmat üzrə şəhər birinciliyi keçirilib. Birincilikdə 30 nəfər iştirak etmişlər. I yeri şəhər 8 saylı tam orta məktəbin IV sinif şagirdi Elnur Yusifzadə, II yeri şəhər 3 saylı tam orta məktəbin I sinif şagirdi Turğay Baxşalıyev, III yeri isə şəhər 1 saylı tam orta məktəbin II sinif şagirdi Rübabə Fərmanzadə tutublar.
Qaliblər Gənclər və İdman idarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və qiymətli hədiyyələri ilə mükafatlanıblar.
Bolgexeber.com