Saatlının icra strukturlarında saxta diplomlular da var?
15-12-2011, 11:30
Oxunub: 6 195
Mollavazlı kənd icra nümayəndəsi Nüsrət Əliyevin ali təhsil üzrə diplomu saxta, özü isə, hərbi xidmətdə deyil, Rusiyada həbsdə olubmuş
Bəllidir ki, istənilən dövlət strukturunda ali təhsilli və qaranlıq keçmişə sahib olmayan şəxslərin xidmət göstərməsi əhəmiyyət kəsb edir. Halbuki, bizim bəzi bölgələrimzdə fəaliyyət göstərən məmurların bəzən peşə qabiliyyəti bir yana qalsın, ümumiyyətlə sıravi vətəndaş qədər belə keyfiyyətlərə sahib olmadığını tez-tez eşidirik.
Yaxın günlərdə, Bolgexeber.com saytına məlumat verən sakinlər bildirirlər ki, Satalı rayon Mollvazlı kəndinin icra nümayəndəsi Nüsrət Əlieyvin ali təhsil diplomu saxtadır, özü isə, hərbi xidmətdə olmayıb. Kənd sakinlərinin dediyinə görə, o, kriminal keçmişə malik biridir və Rusiyada həbsdə olub: “Özü isə, rüşvətxorluq və işindən naşı olması ilə tanınır. Onun fəaliyyəti vətəndaşlar arasında dövlətin nüfuzunu salmaqdan ibarətdir.”
Vətəndaşları narahat edən məsələ ondan ibarətdir ki, bu tipli insanların vəzifədə oturması düz deyil. Cünkü belə insanlar vəzifəsindən sui istifadə etməklə vətəndaşlarla kobud rəftar edcirlər.
Məsələ ilə bağlı məlumat alan kimi, Saatlı rayon icra hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Elnur müəllimlə əlaqə saxladıq. Bizə bildirdilər Nüsrət Əliyevin şəxsi işi ilə maraqlanıb bir sutka ərzində cavab veriləcək. Lakin, sorğyudan iki gün keçməsinə baxmayaraq, bir cavab yoxdur. Hər halda xəbər saytı olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər