BolgeXeber.Com » Bölgə » Şəmkirdə sahibkarlara divan tutulur

Şəmkirdə sahibkarlara divan tutulur

3-02-2015, 13:15
Oxunub: 3 021 Şəmkir rayonunda sahibkarlara qan uddurulur

Yerli mənbədən tia.az-a verilən xəbərdə bildirlir ki, keçmiş icra başçısı Nazim Veyisovdan qalma “qanun”lar öz qüvvəsindədir. Belə ki, rayona bir neçə ay öncə təyin olunan Alimpaşa Məmmədov sələfinin yürütdüyü siyasəti davam etdirir. İddialara görə, məmurlar yerli sahibkarlara “göz verir, işıq vermir”.
Hər ay ayrı-ayrı obyektlərə qoylan “haqq” çatdırımalıdır. Hansısa iş adamı rayonda iş görmək istəyəndə, icra nümayəndələri gəlib başının üstünü kəsdirir. Ondan istədiyini almayana qədər əl çəkmirlər. Burada iş görməyin öz “haqqı” var.
İcra rəhbərliyi öz qiymət cədvəlini tərtib edib. Ona görə də Şəmkirdə ən çox şikayətçi zümrə sahibkarlardır. Xatırladaq ki, keçmiş icra başçısı Nazim Veyisov prezidentin sərəncamı ilə işdən azad olunub. Onu yerinə Alimpaşa Məmmədov gətirilib.