BolgeXeber.Com » Bölgə » Salyanlılar Ələt-Astara yolunu bağladı, icra başçısı narazıları qəbul etdi-FOTO

Salyanlılar Ələt-Astara yolunu bağladı, icra başçısı narazıları qəbul etdi-FOTO

5-02-2015, 12:40
Oxunub: 2 390 Problemin həlli üçün rayon rəhbərliyi ilə görüş keçirilməsi razılaşdırılıb

Salyan rayonunun 200-dək sakini dünən Ələt-Astara avtomobil yolunu bağlayıb. İcra başçısı narazı sakinlərlə görüşüb.

Bolgexeber.com virtualaz.org-a istinadən xəbər verir ki, dünən Salyanının “Plastmas zavodu” yaşayış massivinin sakinləri yaşadıqları binaların həyətindəki yardımçı tikililərin sökülməsinə etiraz ediblər. 200-dək qəsəbə sakini dünən saat 17 radələrində etiraz əlaməti olaraq Ələt-Astara avtomobil yolunu bağlayıb.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının və yerli məmurların narazı sakinlərlə apardığı danışıqlardan sonra onlar aksiyanı dayandırıb. Problemin həlli üçün rayon rəhbərliyi ilə görüş keçirilməsi razılaşdırılıb.

Əməkdaşımız xəbər verir ki, bu gün Salyan RİH-in başçısı Tahir Kərimov, yerli hüquq-mühafizə orqanlarının və idarə-müəssisə rəhbərləri narazı sakinlərlə görüş keçiriblər.

2 saata yaxın davam edən görüşdə razılaşdırılıb ki, yaşayış binalarından 10 metr məsafədə tikilmiş tikililərə toxunulmasın və bu tikililərin ətrafı səliqəyə salınaraq abadlaşdırılsın. Binalardan 10 metr kənarda tikilmiş qanunsuz tikililər isə sökülərək ərazidə yaşıllaşdırma işləri aparılsın.
Bolgexeber.com