BolgeXeber.Com » Bölgə » Qubada 34 məktəbin müəllimləri maaşa həsrət qalıb - (Video)

Qubada 34 məktəbin müəllimləri maaşa həsrət qalıb - (Video)

12-02-2015, 08:50
Oxunub: 3 697 480 şagirdin təhsil aldığı Qubanın Elşad Bayramov adına Alpan kənd orta məktəbinin 42 müəllimi maddi çətinliklə üzləşib

Bu ilin yanvar ayının əməkhaqqının gecikməsi müəllimlərin narazılığına səbəb olub. Müəllimin vəziyyətinin maddi cəhətdən onsuz da çox cətin olduğunu deyən müəllim Zabit Babayev bildirdi ki, müəllimin maaşı vaxtında verilməlidir.“Borcları vaxtlı-vaxtında ödəməyəndə onların üstünə 15-20-30 manat məbləğində pul gəlir. Bu kasıblıq zamanında ehtiyac insanın boğazına kimi gəlib çatıb. Bu vəziyyətdə bu qədər artıq pulu nəyə görə ödəməliyik? Kimə görə?” - deyə müəllim Vaqif Balaqadaşov qeyd edib.
Müəllimlərin sözlərinə görə, rayonun digər məktəblərində həmkarları əmək haqlarını vaxtında alıblar. Problemin niyə bu məktəbdə olmasının səbəbləri isə onlara məlum deyil.
Ans-in müxbiri Alpan məktəbində olarkən direktor Rahib Qubatovu görə bilməyib, onun təhsil şöbəsində olduğunu deyiblər.

Quba Rayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümov da yerində tapılmayıb. Onunla telefon əlaqəsi saxlayanda Loğman Müslümov Bakıya Təhsil Nazirliyinə getdiyini deyərək faktı təsdiqləyib. Deyib ki, problem təkcə Alpan məktəbində deyil, rayonun daha 33 məktəbinin müəllimləri yanvar ayının maaşını almayıblar.
L.Müslümovun sözlərinə görə, bu, həmin məktəblərdə yeni sinif komplektlərinin yaranması və siniflərə maliyyə şöbəsindən vəsait ayrılmaması ilə əlaqəlidir. Quba Rayon Təhsil Şöbəsinin müdiri yaxın iki gün ərzində maaşların ödəniləcəyinə söz verib.