BolgeXeber.Com » Bölgə » Tərtərli məktəblilər-hərbi hissədə - FOTOLAR

Tərtərli məktəblilər-hərbi hissədə - FOTOLAR

21-02-2015, 13:42
Oxunub: 3 826 Tərtərli məktəblilər-hərbi hissədə - FOTOLARXocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir

BOLGEXEBER.COM xəbər verir ki, fevral ayının 20-də Tərtər şəhərinin 1, 2, 5 və 6 saylı tam orta məktəblərinin yuxarı sinif şagirdləri rayon ərazisində yerləşən N saylı hərbi hissədə olmuşlar. Görüşdə 143 nəfər məktəbli ilə birgə rayon icra hakimiyyətinin başçısının birinci müavini Ramiz Şabanov, Başçının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elvin Umudov, rayon Təhsil şöbəsinin müdiri Aydın Qarayev, şəhər məktəblərinin direktorları, hərbi rəhbərlər, Qarabağ müharibəsi əlili, Azərbaycan Vətən Müharibəsi Birliyinin Tərtər rayon şöbəsinin sədri, “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov da iştirak etmişlər.

“Xocalı soyqırımı-Qan yaddaşımızdır” mövzusunda danışan tədbir iştirakçıları bildirmişlər ki, Xocalı soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzunmüddətli davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. 1992-ci il fevralı 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş Sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət beynəlxalq hüquq baxımından məhz soyqırım kimi qiymətləndirilməlidir.

N saylı hərbi hissənin komandir müavini, polkovnik-leytenant Etibar Məmmədov məktəblilər qarşısında çıxış edərək Azərbaycan ordusunun inkişafından, ordu ilə xalqın birliyindən danışmış, cəbhə xəttində qulluq edən hərbçilərin Azərbaycan Ordusunda qulluq etmələrindən qürür duyduqlarını bildirmişdir.

Cəbhə bölgəsində yaşayan gənclər silah səsləri, atəş altında böyüdükləri üçün daha vətənpərvər, daha cəsarətli olurlar. Bu fikri çıxış edən məktəblilər səsləndirmişlər. Sonra şagirdlər sıra və atəş hazırlıqlarını nümayiş etdirmişlər.

Şəhər 5 saylı tam orta məktəbin XI sinif şagirdi Arzu Heydərov atıcılıqda fərqlənmişdir.

Tədbir iştirakçıları bir daha əmin olmuşlar ki, məktəblilərimiz Vətənə, torpağa bağlıdırlar, onlar lazım gəlsə, silaha sarılıb döyüşlərdə belə sücaət göstərə bilərlər.

BOLGEXEBER.COM
Tərtərli məktəblilər-hərbi hissədə - FOTOLAR
Tərtərli məktəblilər-hərbi hissədə - FOTOLAR
Tərtərli məktəblilər-hərbi hissədə - FOTOLAR
Tərtərli məktəblilər-hərbi hissədə - FOTOLAR