Xaçmazin Xiraxoba kəndində nə baş verir?
6-10-2010, 16:00
Oxunub: 7 355

Azərbaycan ərazisində növbəti separatçılıq meylləri müşahidə olunur
Dövlət Miqrasiya Xidmətinin miqrasiya işi şöbəsinin müdiri Elmar Əliyev Xaçmaz rayonunun Xıraxoba kəndinin Rusiya vətəndaşlığı olan sakinlərinin Azərbaycanda qanunsuz olaraq qonşu ölkənin yerli orqanlarına seçki keçirmək istəyilə əlaqədar rayona səfər edib. “Bolgexeber”-in bölgə müxbirinin məlumatına görə, sakinlərlə danışıqlar aparan Elmar Əliyev onların Azərbaycanda seçki keçirmək istəklərinin qanunsuz olduğunu bildirib. Miqrasiya xidmətinin rəsmisi sakinlərdən Azərbaycan qanunlarına hörmətlə yanaşmağı tələb edib. O, sakinlərə Azərbaycan hökumətinin onlara təklif etdiyi şərtlər çərçivəsində hərəkət etməyi məsləhət bilib.
Lakin sakinlərlə Elmar Əliyevin danışıqları nəticəsiz başa çatıb. Kənd sakinləri də bölgə müxbirimizə ərazidə çəkiliş aparmağa şərait yaratmayıb.
Qeyd edək ki, oktyabrın 10-da Dağıstan Respublikasının kənd və rayon sovetlərinə seçki keçiriləcək. Bu məqsədlə Xıraxobada yaşayan 280 nəfər Rusiya vətəndaşı tərəfindən Məhərrəmkənd rayon seçki dairəsinin məntəqəsi yaradılıb. Lakin kənd Azərbaycan ərazisi olduğuna görə burada qanunsuz olaraq qonşu ölkənin yerli orqanlarına seçki keçirmək qadağandır.
Xatırladaq ki, Azərbaycan hökuməti Rusiya vətəndaşlarına iki halda seçki keçirməyin mümkün olduğunu bildirib. Seçki yalnız Rusiya hökumətinin Azərbaycandakı səfirliyinin xətti ilə baş tuta bilər. Yaxud da kənddə yaşayan Rusiya vətəndaşları Azərbaycan ərazisini tərk etməklə seçkilərə qatıla bilərlər.
Qeyd edək ki, Xaçmaz rayonunun 270 hektar ərazisi, 60 təsərrüfatı olan Xıraxoba kəndində 280 nəfər Rusiya vətəndaşı yaşayır. Onlar Sovet dövründə bu ərazinin Dağıstana örüş sahəsi kimi icarəyə verilməsindən sonra burada məskunlaşıblar. Rusiya ilə Azərbaycan arasında isə sərhədlər artıq dəqiqləşdirilib. Bu ilin sentyabr ayının 3-də Bakıda Rusiya prezidenti Dmitri Medvedyevlə Azərbaycan prezidenti iki dövlətin sərhədlərinin tam dəqiqləşdirilməsi barədə protokolu öz imzaları ilə təsdiq ediblər. Bununla da, Xaçmaz rayonunun Uryanoba və Xıraxoba kəndləri də coğrafi və inzibati cəhətdən Azərbaycanın tərkibində təsdiqlənib. Bu kəndlərin Rusiya vətəndaşı olan sakinlərinin bir hissəsi ərazidə qanunsuz yaşadıqlarını anlayaraq, Azərbaycan vətəndaşlığını qəbul ediblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər