Şəkidə daha bir iş adamı intihara əl atdı
23-12-2011, 22:20
Oxunub: 3 854
Hadisə ilə bağlı hüquq müdafiəçisinə məlumat verlib
2011-ci ilin fevral ayında Şəki şəhərində sahibkar Hikmət Səlimovunyerli icra hakimiyyətinin təzyiqlərinə dözməyərək intihar etməsinin bir ili tamam olmamış bu günlərdə daha bir sahibkar Mütəllimov Əlövsət Firudin oğlu işgüzar fəaliyyətinə müdaxilələr nəticəsində intihara cəhd etmişdir. Bu barədə Bolgexeber.com-a hüquq müdafiəçisi İradə Cavadova məlumat verib.
Xatırladaq ki, 03 fevral 2011-ci il tarixindən bashlayaraq sahibkarın yerli icra hakimiyyəti vəzifəli şəxsləri tərəfindən təzyiqlərə dözməyərək özünə qəsd etmiş sahibkarın ölüm hadisəsi ilə bağlı cinayət işi açılmışdı.
Məlumata görə, “Şəki Bazar” ASC-də fəaliyyət göstərən sahibkarların kütləvi narazılığına səbəb olan bazar rəhbərliyinin qanuna və sahibkarlar ilə aralarında olan müqavilələrə əsaslanmayan tələb və təzyiqləri, çoxsayda sahibkarların da narazılığına səbəb olmaqdadır. Təzyiq və müdaxilələr o qədər ciddidir ki, sahibkar Mütəllimov Əlövsət Firudin oğlu 15.12.2011-ci il tarixdə “Şəki-Bazar” ASC inzibati binasının önündə üstünə benzin tökərək özünü yandırmaq yolu ilə intihara cəhd etmişdir.
Qeyd olunan məsələ ilə bağlı Bazar rəhbərliyindən iki nəfər saxlanılsada bir gün sonra, onlar sərbəst buraxılmışdır. Sahibkar Mütəllimov Əlövsət Firudin oğlu davam edən təzyiq və təhdidlər ilə bağlı İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinə müraciət etmişdir.
İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi, təkcə bu il ərzində rayonda sahibkarlara qarşı baş verən təzyiqlərin dəhşətli dərəcədə təsirli olmasının intihara səbəbiyyət verməsinə təəssüfünü ifadə edir və səlahiyyətli mərkəzi icra hakimiyyəti orqanları bu kimi hadisələritəcili olaraq obyektiv və qanuna uyğun qaydada araşdırmağa çağırır.
Çox Oxunanlar
- 4-02-2023, 15:50 : 29 illik general istefaya göndərilir?- ŞOK İDDİA
Xəbərlər / Ölkə
- 4-02-2023, 11:50 : Nəqliyyat vasitələrində süni qiymət artımı edənlərə XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 4-02-2023, 18:27 : "Lənkəran- Astara regional" rəhbəri Elxan Nəcəfov mafioz direktoru "qoruyur"
Bölgə / Xəbərlər
- 6-02-2023, 19:19 : Azərbaycan qaz ixracatını sürətlə artırır
Analitika / Xəbərlər
- 4-02-2023, 14:08 : İrandan Fransa liderinə qarşı HÖRMƏTSİZLİK
Dünya / Xəbərlər
- 4-02-2023, 16:04 : Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirilib
Bölgə / Xəbərlər
- 6-02-2023, 11:34 : Kamalləddin Qafarov: " Macarıstan- Azərbaycan əməkdaşlığı bizim üçün böyük önəm daşıyır"
Analitika / Xəbərlər
- 4-02-2023, 17:04 : İsmayıllıda qanunsuz olaraq saxladıqları 20 tüfəng götürülüb
Bölgə / Xəbərlər
- 4-02-2023, 17:33 : Günün koronavirus statistikası açıqlandı
Xəbərlər / Ölkə
- 6-02-2023, 17:42 : Dağıntılar altında qalan tələbələrin fotosu yayıldı
Dünya / Xəbərlər