Masallı merinin həbsilə bağlı yeni məlumat
23-12-2011, 22:35
Oxunub: 4 154
Laçın Sadıqzadənin tutulması ilə hakim partiyanın yerli təşkilatına sədr seçkisi arasında hansı əlaqə var?
Masallının icra nümayəndəsi Laçın Sadıqzadənin həbsinin səbəbləri ilə bağlı yeni məlumatlar yayılıb. Xatırladaq ki, rəsmi məlumatlarda Laçın Sadıqzadənin rüşvətə görə həbs edildiyi bildirilir. Bu barədə ötən saylarımızda yazdığımızdan təkrarçılığa varmadan yeni məlumatlara keçək.
“Cənub xəbərləri” qəzeti yazıb ki, Masallıda Laçın Sadıqzadənin həbsi ilə YAP-ın yerli təşkilatına yeni sədr seçilməsi arasında əlaqə axtarılır. Laçın Sadıqzadə məhz hakim partiyanın Masallı təşkilatına yeni sədr seçilməsi ərəfəsində baş verib. Laçın Sadıqzadənin isə bu posta iddialı olduğu bildirilir. Qəzet yazır ki, rayonda gəzən söz-söhbətlərə görə sədrlik postu üçün Laçın Sadıqzadədən “şirinlik” də alınıbmış: “Daha sonra isə onun ”şirinliyi" qaytarılıb. Guya millət vəkillərindən biri daha yüksək “şirinlik” ödəyərək həmin yerə öz kadrını razılaşdırıb. Bundan əsəbiləşən Laçın Sadıqzadə Bakıya gedərək, məsələni kökdən öz xeyrinə həll edib. Həmin vaxtlar Laçın Sadıqzadə qiyabi təhsili ilə bağlı məzuniyyət götürərək Bakıda olub və rayon rəhbərliyinin telefon zəngi əsasında həmin gün Masallıya qayıdıb".
Çox Oxunanlar
- 4-02-2023, 15:50 : 29 illik general istefaya göndərilir?- ŞOK İDDİA
Xəbərlər / Ölkə
- 4-02-2023, 11:50 : Nəqliyyat vasitələrində süni qiymət artımı edənlərə XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 4-02-2023, 18:27 : "Lənkəran- Astara regional" rəhbəri Elxan Nəcəfov mafioz direktoru "qoruyur"
Bölgə / Xəbərlər
- 6-02-2023, 19:19 : Azərbaycan qaz ixracatını sürətlə artırır
Analitika / Xəbərlər
- 4-02-2023, 14:08 : İrandan Fransa liderinə qarşı HÖRMƏTSİZLİK
Dünya / Xəbərlər
- 4-02-2023, 16:04 : Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirilib
Bölgə / Xəbərlər
- 6-02-2023, 11:34 : Kamalləddin Qafarov: " Macarıstan- Azərbaycan əməkdaşlığı bizim üçün böyük önəm daşıyır"
Analitika / Xəbərlər
- 4-02-2023, 17:04 : İsmayıllıda qanunsuz olaraq saxladıqları 20 tüfəng götürülüb
Bölgə / Xəbərlər
- 4-02-2023, 17:33 : Günün koronavirus statistikası açıqlandı
Xəbərlər / Ölkə
- 6-02-2023, 17:42 : Dağıntılar altında qalan tələbələrin fotosu yayıldı
Dünya / Xəbərlər