Astaranın hərbi komissarı cəzalandırıldı
23-12-2011, 22:45
Oxunub: 3 994
O, eşitmə qabiliyyəti zəif olan şəxsi hərbi xidmətə aparib
Azərbaycan Müdafiə Nazirliyi Astara rayon Hərbi Komissarlığının eşitmə qabiliyyətini itirmiş şəxsi hərbi xidmətə çağırması faktı ilə bağlı ciddi tədbirlər görüb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-ya açıqlamasında bildirib ki, müdafiə naziri Səfər Əbiyevin əmri ilə Astara rayon hərbi komissarı, polkovnik-leytenant Rafael Vahidov tutduğu vəzifədən azad edilib.
Bir sıra cavabdeh tibb işçiləri də cəzalandırılıb. Onlardan 4-nə şiddətli töhmət verilib, 2-nə vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq olunub, 1 nəfərin rütbəsi isə aşağı endirilib. Əsgər İxtiyar Nadirov eşitmə qabiliyyəti olmadığı üçün Azərbaycan Ordusu sıralarından tərxis edilib.
Qeyd edək ki, müdafiə naziri Səfər Əbiyev eşitmə qabiliyyətini itirmiş İxtiyar Nadirovun ordu sıralarına çağırılması faktı ilə bağlı araşdırma aparılması üçün komissiya yaradıb. Bu addımlar komissiyanın gəldiyi nəticəyə uyğun olaraq atılıb.
Xatırladaq ki, Astara rayonunun Pensər kənd sakini, eşitmə qabiliyyətini itirmiş İxtiyar Nadirovun cəbhə xəttində, Tərtər rayonunda hərbi hissədə hərbi xidmətdə olması barədə mətbuatda məlumatlar verilib. Məlumatlara görə, əsgərin bir qulağının anadangəlmə eşitmə qabiliyyəti olmayıb, digər qulağı isə çox zəif eşidir.
Çox Oxunanlar
- 4-02-2023, 15:50 : 29 illik general istefaya göndərilir?- ŞOK İDDİA
Xəbərlər / Ölkə
- 4-02-2023, 11:50 : Nəqliyyat vasitələrində süni qiymət artımı edənlərə XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 4-02-2023, 18:27 : "Lənkəran- Astara regional" rəhbəri Elxan Nəcəfov mafioz direktoru "qoruyur"
Bölgə / Xəbərlər
- 6-02-2023, 19:19 : Azərbaycan qaz ixracatını sürətlə artırır
Analitika / Xəbərlər
- 4-02-2023, 14:08 : İrandan Fransa liderinə qarşı HÖRMƏTSİZLİK
Dünya / Xəbərlər
- 4-02-2023, 16:04 : Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirilib
Bölgə / Xəbərlər
- 6-02-2023, 11:34 : Kamalləddin Qafarov: " Macarıstan- Azərbaycan əməkdaşlığı bizim üçün böyük önəm daşıyır"
Analitika / Xəbərlər
- 4-02-2023, 17:04 : İsmayıllıda qanunsuz olaraq saxladıqları 20 tüfəng götürülüb
Bölgə / Xəbərlər
- 4-02-2023, 17:33 : Günün koronavirus statistikası açıqlandı
Xəbərlər / Ölkə
- 6-02-2023, 17:42 : Dağıntılar altında qalan tələbələrin fotosu yayıldı
Dünya / Xəbərlər