BolgeXeber.Com » Bölgə » Beyləqanın icra başçısı da yola salınır - Ona verilən vaxtın bitdiyi deyilir
Beyləqanın icra başçısı da yola salınır - Ona verilən vaxtın bitdiyi deyilir
18-03-2015, 16:13
Oxunub: 2 867
4 ilə yaxındır ki, Beyləqan rayonuna rəhbərlik edən Vaqif Abdullayev vəzifə başında özünü doğrultmayıb. Bu barədə Vertikal.az-a rayondakı mənbə informasiya verib. Bildirək ki, buna qədər Xızıya başçılıq edən Vaqif Abdullayev sözügedən rayonun 5 il rəhbəri olub. Amma deyəsən, Beyləqanda eyni müddəti başa vura bilməyəcək.
Məlumatlı mənbə açıqlamasında iddia edir ki, prezidentin son səfəri zamanı da Beyləqanın icra başçısına narazılıqlar çatdırılıb: «Maraqlı orasıdır ki, prezidentin Beyləqana sonuncu səfəri zamanı İlham Əliyev rayon mərkəzindən kənarda tutuldu. Yəni başçı israrla prezidenti rayonun mərkəzinə səfər etməsindən yayındırdı. Bu isə təbii ki, diqqətlərdən qaça bilməzdi».
Mənbə iddia edir ki, bundan sonra Vaqif Abdullayevə konkret vaxt verilib: «O, müəyyən müddətlik vəzifə başında idi. İndi isə həmin müddət başa çatıb və başçı yola salınır».
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər