BolgeXeber.Com » Bölgə » «Bank of Baku»dan şikayət var - «Atəşgah» Sığortanın ödənişlərini gecikdirir

«Bank of Baku»dan şikayət var - «Atəşgah» Sığortanın ödənişlərini gecikdirir

18-03-2015, 16:19
Oxunub: 4 033 «Bank of Baku»dan şikayət var - «Atəşgah» Sığortanın ödənişlərini gecikdirirMüraciət edən vətəndaşlar deyir ki, onlar dəymiş ziyanın konpensasiyasına dair qərarı «Atəşgah» Sğıortadan əldə etsələr də, «Bank of Baku» ödənişləri yerinə yetirməkdən imtina edir. Hələlik adlarının açıqlanmasını istəməyən vətəndaşlar bildirir ki, sığorta ödənişi barədə «Atəşgah» Sığorta qiymətlənləndirmə şöbəsi qərar verir. Lakin dəymiş ziyana görə almalı olduqları vəsaiti bankdan ala bilmirlər. Təlimata görə sığorta ödənişləri üzrə dəymiş ziyanın ödənilməsi üzrə ödənişlər 3 iş günündən gec olmayaraq ödənilməlidir. Lakin redaksiyamıza müraciət edən vətəndaşlar bildirir ki, bank həftələrlə ödənişi verməkdən imtina edir. Səbəbi isə göstərilmir.

Şikayətçilər bildirir ki, adətən dəymiş ziyanın fəsadlarını ortadan qaldırmaq üçün cəhdlər edirlər. Çünki ziyanla davam etmək, məsələn avtomobili qəzalı vəziyyətdə idarə etmək mümkün deyil. Faktiki olaraq dəymiş ziyanın nəticələrini aradan qaldırmaq üçün konpensasiyanın verilməsində hər gün gecikmə vətəndaşların ziyanınadır. Müraciət edən şəxslər problemlə bağlı olaraq Mərkəzi Banka, həllini tapmadığı təqdirdə isə məhkəməyə müraciət etməyi düşünürlər. Yaranmış problemlə bağlı olaraq bankdan məlumat əldə etmək mümkün olmayıb. Mövzu ilə bağlı detallı araşdırmalarımız davam edəcək. Gundeminfo.az