BolgeXeber.Com » Bölgə » Tərtərdə ağacəkmə marafonu davam edir-FOTO

Tərtərdə ağacəkmə marafonu davam edir-FOTO

20-03-2015, 04:10
Oxunub: 4 223 Tərtərdə ağacəkmə marafonu davam edir-FOTOÜmumilikdə bu günə kimi rayon ərazisində 6000 müxtəlif növ çinar, zeytun, kiparis, eldar şamı, kükünar, sərv, liandra, göyrüş, akasiya, ağcaqayın, meyvə, qoz, fındıq və digər növlərdən olan ağaclar əkilmişdir

BOLGEXEBER.COM- un məlumatına görə martın 19-da Novruz bayramı ərəfəsində “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən növbəti ağacəkmə aksiyasında rayonun idarə, müəssisə və təşkilatları, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, bələdiyyələr, rayon sakinləri iştirak etmişdir. İlk növbədə, abadlaşdırılan ərazilərdə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, mineral gübrələr səpilmişdir. Aksiya çərçivəsində əsasən çinar , eldar şamı, meyvə ağacları olmaqla 2000-ə yacın ağac əkilmişdir. Ağacların suvarılması üçün su maşınları cəlb olunmuş, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi təmin olunmuşdur. Ümumilikdə bu günə kimi rayon ərazisində 6000 müxtəlif növ çinar, zeytun, kiparis, eldar şamı, kükünar, sərv, liandra, göyrüş, akasiya, ağcaqayın, meyvə, qoz, fındıq və digər növlərdən olan ağaclar əkilmişdir. “Ümumrespublika Yaşıllaşdırma” marafonunda iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması naminə həyata keçirilən belə aksiyaların gələcəkdə miqyasının genişləndirilərək daha böyük ərazini əhatə edəcəyini bildirmişdir.
Tərtərdə ağacəkmə marafonu davam edir-FOTO
Tərtərdə ağacəkmə marafonu davam edir-FOTO
Tərtərdə ağacəkmə marafonu davam edir-FOTO