Günün daha bir faciəsi: ana ilə qız yanaraq öldülər
27-12-2011, 12:00
Oxunub: 6 647
Bərdə rayonunun Böyük Göyüşlü kəndində 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.
Bolgexeber.com –un Bərdə rayon prokurorluğuna istinadən verdiyi məlumata görə, yanğın bu gün səhər saat 6:00 radələrində Böyük Göyüşlü kəndində Mahir Kazımova məxsus fərdi yaşayış evində baş verib.
Hadisə zamanı evdə olan 1927-ci il təvəllüdlü Kazımova Səyalı Əsəd qızı və onun qızı, 1965-ci il təvəllüdlü Kazımova Sevda Heydər qızı ölüb. Ailənin digər 3 üzvü müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin başvermə səbəbi araşdırılır.
Faktla bağlı rayon prokurorluğunda təhqiqat aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər