BolgeXeber.Com » Bölgə » Sumqayıtda şəhidlərin ruhuna sayğısızlıq - FOTOLAR

Sumqayıtda şəhidlərin ruhuna sayğısızlıq - FOTOLAR

6-04-2015, 09:49
Oxunub: 3 109 Sumqayıtda şəhidlərin ruhuna sayğısızlıq - FOTOLARSumqayıtda proseslər tam nəzarətsiz şəkil alır. Şəhər İcra Hakimiyyəti və onun başçısı Eldar Əzizov haqqında şikayətlərin də sayı artmaqdadır. Şəhərdə vəziyyət o həddə çatıb ki, artıq şəhidlərə də heç bir hörmət qoyulmayıb.

Belə ki, Sumqayıtın 9-cu mikrorayon yaşayış massivində yerləşən 11/17 saylı binanın arxasında şəhidlərin xatirəsinə tikilmiş abidə bərbad vəziyyətə düşüb. Uçmaq təhlükəsi ilə üz-üzə qalmış abidənin baxımsızlıq üzündən sıradan çıxmasına rəğmən, şəhər İcra Hakimiyyətinə edilən müraciətlərə heç bir əhəmiyyət verilmir.

Jam.az xəbər verir ki, həmin abidə çökərək, aşmaq təhlükəsi ilə üz-üzə qalıb. İctimaiyyət nümayəndələri isə məsələnin həlli üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edərək, onlardan lazımi tədbirlər görülməsini istəyiblər.
BOLGEXEBER.COM
Sumqayıtda şəhidlərin ruhuna sayğısızlıq - FOTOLAR