Xeyli cinayət törətmiş qrup ifşa olunub
7-01-2012, 16:55
Oxunub: 6 593
Lənkəran Polisinin həyata keçirtdiyi əməliyyatda uzun müddət dələduzluq, soyğunçuluq və oğurluqla məşğul olan cinayətkar qrup ifşa olunub.
Lənkəran ŞPŞ-dən Bolgexeber.com-un Cənub bürosuna verilən məlumata görə, Cəlilabad rayon sakini, 1974-cü il təvəllüdlü Azad Əkbər oğlu Məhərrəmov başda olmaqla, Şamaxı rayon sakini, 1976-cı il təvəllüdlü Elnur Aslan oğlu Qəribov, Bakı şəhər sakinləri, 1975-ci il təvəllüdlü Mehman Yusif oğlu Nəsirov və 1975-ci il təvəllüdlü Fərhad Vədud oğlu Əliyevdən ibarət cinayətkar qrup 2009-cu ildən indiyədək Bakıda və respublikanın ayrı-ayrı rayonlarında vətəndaşları müxtəlif vasitələrlə aldadaraq onlara məxsus qızıl-zinət əşyalarını və pul vəsaitini mənimsəyib. Belə ki, cinayətkar qrup əsasən ailə üzvlərindən Rusiyada olan şəxslərin evlərinə girməyi daha asan vasitə seçərək, özünü onların övladlarının və ya qohum-əqrəbasının tanışı kimi qələmə verməklə yaxınlarının pula ehtiyacı olduğunu bəyan edib. Nəticədə, vətəndaşlardan aldıqları pulu onların yaxınlarına çatdıracağına söz verən qrup üzvləri əldə etdikləri qızıl-zinət əşyalarını və pul vəsaitini öz şəxsi mənafeləri üçün sərf ediblər. Cinayətkarların vədlərinə inanmayan şəxslərin evlərindən isə onlar soyğunçuluq və oğurluq ediblər.
Sonuncu dəfə cinayətkar qrup Lənkəranda dələduzluq zamanı polis tərəfindən yaxalanıb. İlkin araşdırmalar zamanı məlum olub ki, qrupun üzvləri 35 fakt üzrə vətəndaşlara ümumilikdə 50 min manat ziyan vurublar.
Faktla bağlı Lənkəran ŞPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər