BolgeXeber.Com » Bölgə » Sabirabad VTEK-də xaos və özbaşnaliq

Sabirabad VTEK-də xaos və özbaşnaliq

7-01-2012, 20:55
Oxunub: 6 166 VTEK-in müdürü Rasim Gözəlov pulu hərşeydən üstün tutur

20 saylı Sabirabad rayon VTEK-də analoqu olmayan dərəbəylik höküm sürür. Azərbaycan Respublikasının qanunları həmin bu VTEK-də demək olar ki, işləmir. VTEK-in müdürü Rasim Gözəlov bazar prinsiplərinə söykənərək, özünün şəxsi büdcəsini doldurmaqla məşğuldur. Bu sözləri etdiyi müraciyətdə Cabbar Sahib oğlu Cabrayılov bildirir. Onun dediklərinə görə Rasim Gözəlov həmişə, özünü qanunlardan üstün tutub. Bu günləri Sabirabadda hər kəsə bəllidir ki, Rasim Gözəlov gördüyü işlərin hamısını saxtakarlıq üzərində həyata keçrir. Hansı ki, həqiqətən xəstə olub pul vermədikləri üçün, Rasim Gözəlovun gözlərinə tuş gələrək süründürməçiliyə məruz qoyulduğu halda, tam sağlam şəxslər pulun müqabilində tək şəxsiyyət vəsiqəsini verməklə istədikləri qurupları alırlar. Şikayətçi deyir ki, sağlamı xəstə xəstəni isə sağlam etmək Rasim Gözəlov tərəfindən heç vaxt çətin olmayıb. Fikir verin VTEK-də hər bir sənədin öz qiyməti var. Xəstəlik və əlilliyə görə pensiyaya çıxmaq üçün qadınlara bu 1800, kişilərə gəldikdə isə ( yaşından asılı olmayaraq) bu düz 2000 manata başa gəlir.Özü də ki, 20 gün müddətinə saxta sənədlər tərtib edən Rasim Gözəlov hər şeyi istədiyi kimi düzüb qoşur. Maraqlıdır ki, rüşvətxorluğa və korrupsiyaya qarşı tədbirlər planı həyata keçrildiyi bir vaxt VTEK-i açıq aşkar kolxoz bazarına döndərən Rasim Gözəlova yerində dur deyən tapılmır. Şikayətçi Cabir Cahangirov onuda qeyd edir ki, Sabirabadda işsizlik və səfalət baş alıb gedir Rasim Gözəlov kimilər də məhz bundan məharətlə istifadə edərək qaz vurub qazanlarını doldururlar. Rayonda indi kimi dindirsən yaxəstəlik yada, əlilliyə görə pensiya alığlarını deyəcəklər. Halbu ki, həmin bu adamların əksəriyyətinin tam sağlam olduğu məlumdur. Əgər pensya çıxanların sənədləri VTEK-də araşdırılsa onda vəziyyətin necədə acınacaqlı olduğunu görmək olar.
Yeri gəlmişkən onuda əlavə edək ki, bununla bağlı apardığımız araşdırmalar zamanı məlum oldu ki, Sabirabad sakinləri həqiqətən də qurub yaratmaq kimi ümüdsüzlüyə qapanaraq yaşamaq üçün çıxış yolunu ancaq pensiya almaqda görürlər. Bu məsələnin ən başlıca səbəbi rayonda heç kim üçün sirr olmayan rüşvətxorluq korrupsiya və məmur özbaşnalığıdır.