Nazirliyin əməkdaşları atəşə tutuldular
13-01-2012, 10:35
Oxunub: 4 315
"Zəvvar" ovçuluq təsərrüfatında keçirilən reyd zamanı insident baş verib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması və qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir. Bolgexeber.com-un məlumatına görə, 10 yanvar 2012-ci il tarixində keçirilən növbəti reyd zamanı Biləsuvar və Cəlilabad rayonlarının ərazisində fəaliyyət göstərən “Zəvvar” ovçuluq təsərrüfatında saat 23:00 radələrində qanunsuz ovla məşğul olan 5 nəfər saxlanılıb və müvafiq icazə sənədləri olmadığından 4 nəfərin tüfəngi götürülüb. Bu zaman digər brokonyer gizlətdiyi yerdən tüfəngini çıxardaraq Nazirliyin əməkdaşları istiqamətində atəş açıb, lakin təsadüf nəticəsində xəsarət alan olmayıb. Daha sonra həmin şəxs Nazirliyin əməkdaşlarından birini öldürməklə hədələyərək müsadirə olunmuş 4 ədəd tüfəngi maşının yük yerindən götürərək hadisə yerindən qaçıb.
Faktla bağlı Daxil İşlər Nazirliyinin 102 xidmətinə, Cəlilabad rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilib, faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi qaldırılıb.
“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması məqsədilə Respublika ərazisində qanunsuz ov halları ilə mübarizə tədbirləri davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, belə hallar əməkdaşlarımızı qanun pozuntularına qarşı mübarizədən çəkindirə bilməz və bir daha əhalini ov etməklə müşayiət olunan istirahətdən imtina etməyə, təbiətə qarşı yönəlmiş qanunsuz hərəkət və fəaliyyətlərdən çəkinməyə çağırır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər