Bakıda obyektə silahlı hücum
17-01-2012, 11:50
Oxunub: 4 138
20-dən artıq adamın qoşulduğu davada 4 maşın əzilib.
Bakının Qaradağ rayonu ərazisində yerləşən obyektə silahlı basqın olub. Rayon Polis İdarəsindən Bolgexeber.com-a verilən məlumata görə, ötən gün axşam saatlarında "Şahqaya" daş karxanasının rəhbər və işçi heyətinə hücum olub. Dörd maşınla gələn 15-dən artıq silahlı şəxs karxananın işçilərini döyməyə başlayıb. Onlar ilk olaraq karxananın işçisi Rauf Cəfərovu döyməyə başlayıblar. Bu zaman qardaşının təpiklənməsinə dözməyən Əfrayıl Cəfərov davaya girişib. İşçilərinin hücum edən şəxslərə güc gələ bilmədiyini görən karxananın sahə rəisi İlahəddin Salamov əlini dəmir lingə atıb. Qarşısına keçən şəxslərdən birini arxadan vurub.
"Dörd-beş maşın gəldirlər. Əllərində silah vardı. Məni təpiklədilər. Bu zaman qardaşım da davaya girişdi. Lakin İlahəddin Salamovun onlardan birini linglə vurmasından sonra Nazim adlı şəxs üstümüzə "Vinçester" çəkdi", - deyə davada döyülən Rauf Cəfərov hadisəni belə nəql etdi.
Məlum olub ki, hücum edən şəxslər qonşu obyektin işçiləri olublar. Daş karxanasının icarədarı olan Yusif Zeynallı bir müddət əvvəl obyekti Camal Salamova 285 min manata icarəyə verib. Sonra isə 45-50 min manata qonşu obyektin sahibinə icarəyə verib. Bundan sonra tərəflər arasında münaqişə başlayıb.
Dava zamanı hər iki tərəfdən ümumilikdə 6 nəfər xəsarət alıb. Hücum edən tərəfdən 32 yaşlı Nazim Həsənov bıçaq xəsarəti, 29 yaşlı Elməddin Həsənov isə döyülmə ilə xəstəxanaya yerləşdirilib. Karxanada olan 2 “Niva”, “Mercedes” və “KamAZ” olmaqla 4 maşın əzilib.
Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.
Onu da əlavə edək ki, ötən ilin noyabrında da həmin karxanada tərəflər arasında dava olmuşdu. Həmin vaxt 4 nəfər xəsarət almışdı.
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 3-03-2023, 16:20 : Yeni dünya düzəni yenidən formalaşmaqdadır
Analitika / Xəbərlər
- 4-03-2023, 09:05 : "Formula 1" mövsümünə START VERİLDİ
İdman / Xəbərlər