BolgeXeber.Com » Bölgə » Ucarda “Azəryolservis” sahibkarın obyektini yağmalayıb, başçı da işə qarışıb-FOTOLAR

Ucarda “Azəryolservis” sahibkarın obyektini yağmalayıb, başçı da işə qarışıb-FOTOLAR

2-06-2015, 16:57
Oxunub: 2 811 Ucarda “Azəryolservis” sahibkarın obyektini yağmalayıb, başçı da işə qarışıb-FOTOLAR"Bunların məqsədi saxtakarlıqla Prezidenti və ictimaiyyəti yalan məlumatla aldatmaqdır. Bunu Allah da götürməz. 8 nəfərlik ailəni acından məhv etmək cinayətdir ki, bunu "Azəryolservis" ASC- nin saxtakar, korrupsiyaya qurşanmış vəzifəli şəxsləri törədirlər”

Ucar sakini Gültəkin Cəbrayılova BOLGEXEBER.COM-a şikayət məktubu göndərib.

Rayonun Gəraybəyli kəndində yaşayan G.Cəbrayılovanın sözlərinə görə, "Azəryolservis" ASC 8 nəfərlik ailənin yeganə çörək yerini dağıtmağa cəhd göstərib.
Şikayətçi bildirir ki, qurumun “qoçu”ları onların işlətdiyi sexə basqın edib: “Seximizi uçurmaq istədilər. Özüm başda olmaqla bütün ailə üzvlərimiz buna imkan vermədik. Ağır texnikaları gətirib düz sexin qarşısında saxlayıblar ki, biz oradan gedən kimi söküb dağıtsınlar. Buna görə məcbur olub burada gecələyirik.
“Azəryolservis” ASC mətbuata yalan açıqlama verib ki, körpü tikintisindən sonra onlara yol veriləcək, işləri bərpa ediləcək. Körpü tikiləndən sonra mənim mülkiyyətim hansı vəziyyətə düşəcək, bura nəinki yük maşını, heç avtomobil də gələ bilməyəcək.
Bunların məqsədi saxtakarlıqla Prezidenti və ictimaiyyəti yalan məlumatla aldatmaqdır. Bunu Allah da götürməz. 8 nəfərlik ailəni acından məhv etmək cinayətdir ki, bunu "Azəryolservis" ASC- nin saxtakar, korrupsiyaya qurşanmış vəzifəli şəxsləri törədirlər”.
G.Cəbrayılova deyir ki, rəsmi qaydada şikayət ərizələri ilə Prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya, nəqliyyat naziri Ziya Məmmədova və "Azəryolservis" ASC-nin sədri Saleh Məmmədova müraciət edib:
“Xatırladım ki, Bakı-Qazax magistral yolunun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar Ucar rayon ərazisindən keçən hissəsində aparılan işlərə görə qanunu sənədlərlə mülkiyyətimiz olan yük avtomaşınlarının təmiri sexini fəaliyyəti qanunsuz olaraq dayandırılıb. Həmin sexə gedən yol bağlanılıb
deyə bir ildir işləmir. 1995-ci il tarixdə mərhum həyat yoldaşım Cəbrayılov Məhəmmədəli Şirxan oğlu həmin torpaq sahəsini alıb, sənədlə qanunu qaydada sex tikdirdi.
Həyat yoldaşım və oğlanlarım orada yük avtomobillərinin təmiri ilə məşğul olurdular ki, buna görə vaxtlı-vaxtında dövlətə vergi ödəyirdik. İndi isə "Azəryolservis" ASC haqqı-halal qnunu mülkiyyətimizi əlimizdən alır”.
Şikayətçi Ucar Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olub: “İcra başçısının tapşırığından sonra "Azəryolservis" ASC-nin Azər adlı məsul vəzifəli əməkdaşı gəlib bizə 17000 manat kompensasiya təklif etdi.
Bildirdi ki, tikinti başa çatdıqdan sonra işinizi davam etdirib sexinizin fəaliyyətini bərpa edərsiniz. 31 may 2015-ci il tarixdə isə Azər bildirdi ki, "müdriyyət dedi ki, onlara heç bir kompensasiya düşmür, bu yolu və körpünü dövlət çəkir, yol çəkiləndən və körpü tikiləndən sonra sexlərini açıb işləyərlər”. Ancaq magistral yolda tikilən körpü sexin yaxınlığından keçdiyi üçün orada bundan sonra işləmək heç cürə mümkün olmayacaq”.
BOLGEXEBER.COM