Şəkidə oğul anasını baltalayıb
24-01-2012, 11:05
Oxunub: 5 834
Şəki rayonunda 23 yaşlı gənc anasını balta ilə yaralayıb.
Şəki şəhər Prokurorluğundan Bolgexeber.com-a məlumat verilib. Məlumatda bildirilir ki, hadisə rayonun Turan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Zeynallı İntiqam Qəhraman oğlu ailə münaqişəsi zəminində anası - 1956-cı il təvəllüdlü Zeynallı Firəngiz Orucəli qızının baş və ağız nahiyəsinə balta ilə xəsarət yetirib. F. Zeynallı aldığı xəsarətlərlə Şəki Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun durumunun orta-ağır olduğu bildirilir. Hadisəni törədən oğul isə istintaqa könüllü təslim olub.
Faktla bağlı Şəki şəhər Prokurorluğunda cinayət işi başlayıb, istintaq aparılır.
İ. Zeynallının narkotik vasitələrin aludəsi olduğu bildirilir. Onun atası Qəhrəman Zeynallı narkotik vasitələrin qanunsuz dövriyyəsinə gərə həbs edilib, hazırda məhkəməsi gedir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər