BolgeXeber.Com » Bölgə » Tərtərdə ali təhsilli işsiz gənclərlə görüş keçirilib - FOTOLAR

Tərtərdə ali təhsilli işsiz gənclərlə görüş keçirilib - FOTOLAR

5-06-2015, 10:19
Oxunub: 4 604 Tərtərdə ali təhsilli işsiz gənclərlə görüş keçirilib - FOTOLARİyunun 4-də rayon Gənclər Mərkəzində Tərtər Rayon İcra Hakimiyyəti Gənclər və İdman idarəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə “Tədbirlər planı”nın icrasına uyğun olaraq rayonun ali təhsilli işsiz gəncləri ilə görüş keçirmişdir. Görüşdə dövlət qulluğunun mahiyyəti və üstünlüklərindən, dövlət qulluğuna qəbulun şərtləri, gənclərin dövlət qulluğuna cəlb olunması barədə söhbətlər aparılmışdır.

Bolgexeber.com xəbər verir ki, tədbiri giriş sözü ilə Tərtər rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İsmayılov açdı. O, qeyd etdi ki, son dövrlər ölkəmizdə işsizliyin aradan qaldırılması, gənclərin işlə təmin olunması istiqamətində uğurlu addımlar atılmışdır. Gənclərə həmişə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Respublika Prezidenti cənab İlham Əliyev gənclərin ən yaxın dostudur. Onun gənclərlə keçirdiyi görüşlər, verdiyi tövsiyələr gənclərin savadlı, öz ixtisasını dərindən bilən, intelektual səviyyəsi yüksək olan şəxsiyyət kimi formalaşmasına şərait yaradır. Bu qayğını biz öz rayonumuzun da timsalında aydın görürük. Tədbir keçirdiyimiz bax, bu Gənclər Mərkəzinin açılışında Respublika Prezidenti, möhtərəm İlham Əliyev cənabları şəxsən iştirak edib və burada region gəncləri ilə “dəyirmi masa” ətrafında söhbət etmişdir. Hazırda gənclərin asudə vaxtının təşkili üşün rayonumuzda şahmat məktəbi, olimpiya kompleksi inşa olunur. Gənc mütəxəssislərin işlə təmin olunması istiqamətində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə mütamadi olaraq işlər aparılır, görüşlər keçirilir və belə görüşlərin keçirilməsi nəticəsində ehtiyat kadır bazası yaradılır.
Sonra Tərtər Rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elvin Umudov dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışdı. Bildirdi ki, ali təhsilli işsiz gənclərimizi vakant yerlərdə işə dəvət edirik.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn və həmin şöbənin böyük məsləhətçisi Anar Mirzəyev görüş iştirakçılarına komissiyanın məqsəd və funksiyaları, fəaliyyəti və qarşısında duran vəzifələri, son illər dövlət qulluğu sahəsində aparılan islahatlar, dövlət qulluğuna qəbulla bağlı tətbiq olunan yeniliklər və dövlət qulluğunun üstünlükləri barədə məlumat verdi, Dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında keçirilməsi şərtlərini və indiyə kimi keçirilən müsabiqələrin statistik göstəricilərini özündə əks etdirən təqdimatlarla çıxış etdi. Gənclərdən Nicat Quluyev, Loğman Məmmədov, Nurlan Əlizadə komissiyanın əməkdaşlarına maraqlı suallarla müraciət etdilər. Əməkdaşlar onların suallarını cavablandırdılar. Sonra tədbir iştirakçılarına məlumat xarakterli bukletlər paylanıldı.
Bolgexeber.com
Tərtərdə ali təhsilli işsiz gənclərlə görüş keçirilib - FOTOLAR
Tərtərdə ali təhsilli işsiz gənclərlə görüş keçirilib - FOTOLAR
Tərtərdə ali təhsilli işsiz gənclərlə görüş keçirilib - FOTOLAR
Tərtərdə ali təhsilli işsiz gənclərlə görüş keçirilib - FOTOLAR