BolgeXeber.Com » Bölgə » Kürdəmirin icra başçısı tikintiyə ayrılan pulları özü yesə də...

Kürdəmirin icra başçısı tikintiyə ayrılan pulları özü yesə də...

10-06-2015, 12:08
Oxunub: 3 368 Kürdəmirin icra başçısı tikintiyə ayrılan pulları özü yesə də...“İcra başçısı öz yaxın adamları vasitəsi ilə bütün ticarət və turizm obyektlərinə xəbər göndərir ki, yay mövsümünə hazır olsunlar

Editor.az-ın redaksiyasına Kürdəmir rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə bağlı maraqlı informasiya daxil olub.

İnformasiyada qeyd olunur ki, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov tikinti məqsədilə dövlətdən ayrılan pulları özünə saxlamaqla, bütün bu işləri qanunsuz olaraq yerli sahibkarlara tapşırır:

Təhlükəsizliyinə təminat olmadığı üçün adını gizli saxlayan İcra Hakimiyyəti əməkdaşlarından biri tərəfindən daxil olan şikayət məktubunda qeyd olunur ki, bütün sahibkarlara haqq qoyulub:

“İcra başçısı öz yaxın adamları vasitəsi ilə bütün ticarət və turizm obyektlərinə xəbər göndərir ki, yay mövsümünə hazır olsunlar. Həmin hazırlıq çərçivəsində isə hər bir obyektdən dövriyyəsinə görə pullar tələb olunur. Bundan əlavə isə sözügedən obyektlərin sahiblərinə onu da çatdırıblar ki, yay mövsümü müddəti ərzində hər ay da əlavə pul ödəməli olacaqlar. İcra başçısının belə qayda qoyması heç də yerli sahibkarların ürəyincə olmayıb. Onlar yayda nəyin necə olacağını və qazanclarının nə qədər olacağını indidən müəyyənləşdirə bilmədiklərindən bu qədər “yükün” altına girilməsinin ciddi zərərə gətirib çıxaracağını vurğulayırlar. Həmçinin indiyə qədər onlardan bu qədər pulun tələb olunduğu ilə də üzləşməyiblər. Ona görə də, kürdəmirli iş adamları vəziyyətdən çıxış yolu kimi, etirazlarını bildirməyi görürlər. Və bunun nəticəsiz qalacağı təqdirdə, etirazların aksiyaya çevrilə biləcəyini də istisna etmirlər.”

Mənbəmiz qeyd edir ki, icra başçısının adamları rayonda yeni tikinti layihələrinə start veriləcəyini və bu səbəbdən onlardan pul yığıldığını bəyan edirlər.
Bolgexeber.com