BolgeXeber.Com » Bölgə » Ağsu camaatı qorxu içində - Şikayət

Ağsu camaatı qorxu içində - Şikayət

11-06-2015, 17:52
Oxunub: 3 489 Ağsu camaatı qorxu içində - ŞikayətAğsu rayonunda 2 min hektar taxıl sahəsi biçilmədiyi üçün məhv olma təhlükəsi ilə üz-üzədir

Xüsusilə ötən gün Şamaxının Göylər kəndində baş verən və 5 hektar zəminin yanması ilə nəticələnən yanğından sonra aqsulular daha ciddi narahatlıq keçirirlər.

Bu barədə Axar.az-a rayonun Bico kənd sakinləri məlumat verərək bildirib ki, min bir əziyyətlə əkdikləri sahəni biçə bilmirlər. Səbəb isə rayonda taxıl biçimini həyata keçirəcək bir dənə də texniki avadanlığın, kombaynın olmamasıdır.

Sakinlər bildirib ki, taxıllar artıq sünbüllərini tökür, üstəli, tam yetişmiş sahələrin yanğın riski də böyükdür. Yoldan keçənlərin adi ehtiyatsızlığı 2 min hektarlıq sahənin məhvinə səbəb ola bilər. Sakinlərin sözlərinə görə, bu il bolluq olub, hektardan 40 sentnerəcən məhsul götürülməsi ehtimalı çox böyükdür. Allahın qıydığı bu nemət biçimi gecikərsə, kəndlinin illik zəhməti və azuqəsi məhv ola bilər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Axar.az-a açıqlamasında isə bölgələrdə texniki avadanlıq, kombaynla bağlı problemin qalmadığını dedi:

“Bu yaxınlarda ölkəyə yeni kombaynlar gətirilib və bölgələrə paylanılıb. Ola bilər ki, sözügedən rayonda kombaynlarla başqa ərazilərin biçimi həyata keçirilir. Bu səbəbdən bir qədər gecikmə ola bilər”.

Mətbuat katibi qeyd edib ki, bununla bağlı nazirliyin Çağrı Mərkəzinə hələlik müraciət edən də olmayıb:
Bolgexeber.com

“Əgər kənd sakinlərinin belə bir problemi varsa və ya onlara kombaynların verilməsi gecikdirilirsə, bununla əlaqədar nazirliyin 16-52 Çağrı Mərkəzinə müraciət etsinlər”.