BolgeXeber.Com » Bölgə » Tərtərdə növbəti səyyar qəbul-görüş Bayandur kəndində keçirilmişdir-FOTO

Tərtərdə növbəti səyyar qəbul-görüş Bayandur kəndində keçirilmişdir-FOTO

13-06-2015, 10:41
Oxunub: 4 994 Tərtərdə növbəti səyyar qəbul-görüş Bayandur kəndində keçirilmişdir-FOTOCəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır

Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər görülür.
Belə görüşlərdən biri də iyunun 12-də rayonun Bayandur kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişlər.
Əvvəlcə Ələsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Kamran Əhmədov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat verdi, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında ətraflı danışdı. Bildirdi ki, Bayandur kəndi Ələsgərli kənd İƏD tərkibinə daxildir. 140 təsərrüfat, 213 hektar ərazisi olan kənddə 616 nəfər əhali yaşayır.
Səyyar qəbulda iştirak edən sakinlərdən Yusif Muradov, Qəzənfər Baxışov, Gilas Əsədova, Əbülfət İbrahimov, Rahiyyə Məmmədova, Əfruz Hüseynova və digərləri çıxış edərək kəndin mavi yanacaq və içməli su ilə təmin olunduğundan, hər bir evə telefon xəttinin çəkildiyindən, müasir tələblərə cavab verən asfalt örtüklü yolun salındığından, eləcə də son aylarda rayonumuzda geniş vüsət alan abadlıq-quruculuq işlərindən danışdılar.
Sakinlər əsasən suvarma su təminatının yaxşılaşdırılması, köhnəlmiş elektrik dirəklərinin, naqillərin dəyişdirilməsi, kənddə olan ibtidai məktəb binası üçün yeni binanın tikilməsi və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar qəbul-görüşü yekunlaşdıran Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki, səyyar qəbulun keçirilməsində məqsəd kənd ərazisində yaşayan əhalinin problemlərini yerindəcə öyrənmək, onların qaldırdıqları problemlərin operativ həlli ilə əlaqədar müvafiq tapşırıqların verilməsi və onların həllinin təmin olunmasıdır.
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapmış, digər məsələlərin həlli istiqamətində isə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.
BOLGEXEBER.COM
Tərtərdə növbəti səyyar qəbul-görüş Bayandur kəndində keçirilmişdir-FOTO
Tərtərdə növbəti səyyar qəbul-görüş Bayandur kəndində keçirilmişdir-FOTO