Lənkəran Dövlət Universitetində nələr baş verir?
26-01-2012, 11:10
Oxunub: 9 112
Lənkəran Dövlət Universitetində korrupsiya, saxtakarlıq, özbaşınalıq və digər neqativ hallar barədə həmi bizim saytda, həm də digər mətbuat orqanlarında kifayət qədər tənqidi yazılar çap olunub.
Lakin həmin tənqidlərə nəinki əhəmiyyət verilməyib, əksinə, LDU-nu tənqid edənlər təzyiqə, təqibə məruz qalıblar. Nəhayət, bu yaxınlarda LDU-da iri məbləğli mənimsəmə halları məhkəmə müstəvisinə çıxarılıb. Belə ki, Maliyyə Nazirliyinin LDU-da 2005-2011-ci illərə aid audit yoxlaması nəticəsində burada məbləği 100 min manatdan artıq məbləğlə öıçülən mənimsəmə halları aşkarlanıb və bununla bağlı 2 cinayət işi açılıb. Hazırda Lənkəran Ağır Cinayətlər üzrə Məhkəməsində LDU-nun vəzifəli şəxslərindən və həmin təhsil ocağında tikinti-təmir işləri aparmış 6 nəfər barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə - 179.3.2, 179.2.3, 179.2.4, 314.2, 313-cü maddələri ilə cinayət işi araşdırılır. Lənkəran Ağır Cinayətlər üzrə Məhkəməsinin hakimi Elşad Əliyevin hakimliyi ilə keçirilən iclasda Fazil Bədəlov, Roqtay Qarayev, Vidadi Hüseynov, Abbas Camalov, Əliqafar Qənbərovun qeyri-qanuni əməlləri araşdırılır. İlkin məlumata görə günahkarların əməlləri sübuta yetirilərsə, onları 7 ildən 14 ilə kimi cəza gözləyir. Növbəti məhkəmə iclasları yanvar ayının 10 və 17-ə təyin edilmişdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər