BolgeXeber.Com » Bölgə » Şəkidə “mədəni” maxinasiyalar

Şəkidə “mədəni” maxinasiyalar

18-06-2015, 11:04
Oxunub: 3 761 Şəkidə “mədəni” maxinasiyalarŞəki şəhər Mədəniyyət və Turizm Şobəsinin müdiri Mirvari Zeynalova bu maxinasiyalar sayəsində rayonun ən varlı şəxslərindən birinə çevrilib

Qəzetimizin ötən saylarında yerli mənbələrdən aldığımız məlumatlar əsasında hazırlanmış və Şəki şəhər Mədəniyyət və Turizm Şobəsinin müdiri Mirvari Zeynalovanın öz işində yol verdiyi müxtəlif qanun pozuntularından bəhs edən materiallar dərc olunmuşdu. Məlum olduğu kimi bu gün Mirvari Zeynalovanın rəhbərlik etdiyi şöbənin tabeliyində 5 musiqi məktəbi, 2 mədəniyyət mərkəzi, 5 muzey, 1 incəsənət qalereyası, 39 mədəniyyət evi, 2 istirahət parkı, 32 kənd klubu, 66 kitabxana fəaliyyət göstərir. Lakin aldığımız məlumatlarda qeyd olunur ki, şöbənin yarıtmaz işi qurumun nəzdində fəaliyyət göstərən musiqi məktəblərində, klublarda və digər analoji müəssisələrdə də çoxsaylı neqativ halların yer almasına səbəb olur. İlk növbədə mənbələr iddia edirlər ki, rayonda fəaliyyət göstərən bütün bu mədəniyyət ocaqları və eləcə də turizm müəssisələri istisnasız olaraq hər ay mədəniyyət və turizm şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə “haqq” ödəyirlər. Lakin bu ödənişlər təbii ki, hər hansı bir qaynaqdansa əldə olunmalıdır. Buna görə də hazırda bu müəssisələrin ştat cədvəlinə salınmış “ölü canlar”ın sayı real işçilərin sayından daha çoxdur. Bu isə hər ay büdcədən əmək haqqı formasında külli-miqdarda vəsaitin mənimsənilməsi deməkdir. Bundan başqa şöbənin nəzdində fəaliyyət göstərən musiqi məktəblərində çalışan bir çox müəllimlərin adlarına yazılan artıq dərs saatları və məşğələlərin əmək haqqları da əslində rəhbərlik tərəfindən mənimsənilir. Daha sonra məlumatlarda vurğulanır ki, Şəkinin kəndlərində yerləşən bir çox mədəniyyət obyektləri də əslində sadəcə formal qurumlaryalnız sənəd üzərində “fəaliyyət göstərirlər”. Belə ki, kitabxana, mədəniyyət evləri və klublarda bir çox işçilərin sadəcə adları maaş cədvəlində qeyd olunub. İşçilərin adlarına yazılan əmək haqqları isə yenə də şöbənin rəhbərliyinə çatır. Aldığımız məlumatlarda həmçinin qeyd olunur ki, bölgədə turizmin və mədəniyyətin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Mirvari Zeynalova tərəfindən mənimsənilir. Belə ki, kitabxanaların, klubların, mədəniyyət evlərinin cari təmirinə ayrılan vəsaitlərin sənəd üzərində adı çəkilən müəssisələrin təmirinə xərcləndiyi göstərilsə də, mənbələr həmin vəsaitlərin böyük bir hissəsinin də mənimsənildiyini iddia edirlər. Həmçinin aldığımız məlumatlarda bu baxımdan xüsusilə son vaxtlar Şəkidə olan mədəni-tarixi abidələrin bərpa və təmir işləri üçün ayrılan dövlət vəsaitlərinin maxinasiyalara məruz qoyulduğu və talandığı bildirilir. Göstərilir ki, bu məqsədlərlə Mirvari Zeynalova təmir-tikinti idarəsi adı altında qeydiyyatdan keçmiş, əslində isə heç bir maddi-texniki bazası olmayan müəyyən şirkətlərlə iş birliyinə girərək, nağdlaşma üsulu ilə dövlət vəsaitlərinin mənimsənilməsinə yol verir. Maraqlıdır ki, Şəki Mədəniyyət və Turizm Şöbəsinin fəaliyyətində yer almış ciddi qanun pozuntuları artıq uzun müddətdir ki, ictimaiyyətin diqqətini cəlb etməkdədir. Qeyd edək ki, Mirvari Zeynalova 1990-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano ixtisası üzrə tam tədris kursunu qiyabi bitirib. 2013-cü ilin aprel ayından Şəki Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Mənbənin bildirdiyinə görə, şöbə müdiri bu gün rayonda ən varlı şəxslərdən birinə çevrilib: “Hazırda Mirvari Zeynalovanın Şəkinin mərkəzində bir neçə qızıl dükanı var. Məşhur “Çələbi xan restoranı” da ona məxsusdur. Bundan başqa, Bəxtiyar Vahabzadə adına parkda istirahət mərkəzləri, həmçinin idman klubları da var...”

İrəli sürülən ittihamlara Şəki şəhər Mədəniyyət və Turizm Şobəsinin rəhbərliyinin də münasibətini öyrənməyə hazırıq.
bizimdovr.az