BolgeXeber.Com » Bölgə » Bərdədə əsgərlər arasında"Nə?Harada?Nə zaman?" intellektual oyunu keçirilmişdir-FOTO
Bərdədə əsgərlər arasında"Nə?Harada?Nə zaman?" intellektual oyunu keçirilmişdir-FOTO
26-06-2015, 19:08
Oxunub: 12 003
26 iyun 2015-ci il tarixində Bərdə rayon Gənclər və İdman idarəsinin təşkilatçılıgı ilə FHN "N" saylı hərbi hissəsində "Azərbaycan Respublikası Silahlı Qüvvələr günü" münasibətilə əsgərlərdən ibarət komandalar arasında "Nə?Harada?Nə zaman?" intellektual oyunu keçirilmişdir
Tədbiri giriş sözü ilə hərbi hissə komandirinin müavini,mayor Sərraf Bəhramov açaraq şəxsi heyəti təbrik etdi və FHQ komandanının təbrikini oxudu. Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxış edərək hərbçilərimizi rayon gəncləri adından təbrik etdi və onlara xidmətlərində uğurlar arzuladı. "Qarabağ","FHN","Qaya" və "MMQ" komandaları araında keçirilən bu yarışda daha yüksək bilik səviyyəsi nümayış etdirən "MMQ" komandası I,"Qarabağ" komandası II,"Qaya" komandasıisə III yerləri tutmuşlar.Qalib komandalar və oyun ərzində fərqlənənlər Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları və Fəxri Fərmanlarla təltif olunmuşlar.Oyunun keçirilməsində ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin "Şahzadələr" komandasının kapitanı Ayxan Mikayılov iştirak etmişdir. Sonra Kətəlparaq musiqi məktəbinin özfəaliyyət kollektivinin hazırladığı rəngarəng konsert proqramı hərbçilərimizə təqdim olundu.Mügənnilər Ərəstun Əliyevin,Aydın Əsədovun və Əmrah Məmmədovun oxuduqları "Mərd oğlusuz","Azərbaycan oğluyam","Sənə qurban" və diğər mahnılar,qarmonda Namiq Məmmədovun və gitarada Kənan Abdullayevin ifasında səslənən rəqs musiqiləri alğışlarla qarşılandı.İstedadlı əsgərlər də mahnılar ifa etdilər. Tədbirin sonunda hərbi hissənin komandiri,polkovnik-leytenant Taleh Əlipaşayev qonaqlara şəxsi heyyət adından öz minnətdarlığını bildirdi və qeyd etdi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri hər an Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad etməyə hazırdılar.
BOLGEXEBER.COM



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər