Beyləqan icra başçısının I düşməni – I müavin
3-07-2015, 12:18
Oxunub: 5 421
Telman Məstanov icra başçısının əleyhinə fəaliyyət göstərir: onun "demoqoq”ları Bakıya hansı məzmunda teleqramlar vurur …
Beyləqan rayonunda icra başçısı Vaqif Abdullayevin nüfuzdan salınması prosesinə start verilib. Məsələnin maraqlı tərəfi isə prosesin başında RİH başçısının birinci müavini Telman Məstanovun dayanmasıdır. İlk baxışdan anlaşılmaz təəssürat bağışlayan bu informasiyanı Sonolay.org saytına ötürən mənbənin sözlərinə görə, Telman Məstanov rayon idarəçiliyində əsas söz sahibi olmaqla yanaşı həm də Beyləqanda ciddi biznes strukturları qurmağı bacarıb.
Mənbə iddia edir ki, Telman Məstanov Beyləqan rayonu Mərkəzi Bazarda özü və qardaşları üçün əlverişli biznes mühiti qurub. Birinci müavinin Mərkəzi bazarda 10-a yaxın obyektlərinin olduğunu bildirən mənbəmiz həmin obyektlərin hər birinin 200-300 manata icarəyə verildiyini bildirir. Bundan əlavə Mərkəzi bazarın qarşısındakı taxta materiallarının satışı obyekti də məhz Telman Məstanova məxsusdur.
Hələ Beyləqan RİH başçısının aqrar məsələlər üzrə müavini vəzifəsində işləyərkən "özünü tutan” Telman Məstanov həmin vaxt təkcə subsidiya əməliyyatlarından fantastikməbləğdə pullar qazanıb. Torpaq sahələrini sənəd üzərində məqsədli şəkildə artıraraq (məsələn, 10 ha torpaq sahəsini 20 ha. Yazmaqla – Sonolay.org) hər hektara 40 manatdan nəzərdə tutulan məbləği mənimsəyib. Müvafiq orqanların bu xüsusda araşdırma aparmasına ehtiyac olduğunu söyləyən mənbəmiz həmin təhqiqatlardan sonar ortaya daha ciddi korrupsiya əməllərinin çıxacağına inanır.
Sonolay.org-a daxil olan digər məlumatda isə iddia edilir ki, əslində Məstanov üzdə özünü icra başçısına yaxın göstərsə də onu istəməyənlər sırasında qərarlaşıb. Hər yerdə 80 min manat verərək 1 ci müavin vəzifəsinə gəldiyini iddia edən Telman Məstanov imkan düşən kimi icra başçısının əleyhinə fəaliyyət göstərməkdən çəkinmir.
Mənbəmiz bildirir ki, Telman Məstanovun rəhbərliyi altında fəaliyyət göstərən "demaqoqlar"dan ibarət qrup ölkə prezidentinə teleqramalar vurmaqla icra başçısını nüfuzdan salan fəaliyyətə start veriblər. Mütəmadi olaraq Bakıya ötürülən həmin informasiyalarda Vaqif Abdullayevin əyyaş olduğu, sadə insanları söyüb təhqir etdiyi xüsusi olaraq vurğulanır.
Mənbə iddia edir ki, icra başçısnın harda və hansı restoranda yeyib içməsi və onun hansı xanımlarla yaxın münasibətlərdə olması haqqda dolaşan söz - söhbətləri də məhz başçının etibar etdiyi birinci müavini Telman Məstanov yayıb.
Növbəti yazımızda isə Telman Məstanovun icra başçısının mətbuatda və ictimai rəydə necə şantajk etmək istəməsinin təfərrüatlarını təqdim edəcəyik.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər