BolgeXeber.Com » Bölgə » Cəlilabadda sahibsiz qalan əlillər binası-VİDEO

Cəlilabadda sahibsiz qalan əlillər binası-VİDEO

8-07-2015, 17:52
Oxunub: 4 426 Cəlilabadda sahibsiz qalan əlillər binası-VİDEO Cəmi 4 ildir ki , istifadəyə verilən bina artıq qəzalı vəziyyətdədir

Azərbaycanda əlillər, sağlamlıq imkanı məhdud insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyevin göstərişi əsasında istər paytaxtda istərsə də bölgələrdə , əlillərin rahat yaşaması üçün yaşayış binaları istifadəyə verilib. Cəlilabad rayon Qurtuluş prospektində yerləşən, 36 ailə üçün nəzərdə tutulan yaşayış binası da 2011-ci ildə İlham Əliyevin iştirakı ilə şəhid və Qarabağ əlillərinə verilib. Sakinlərin sözlərinə görə , bina onlara təhvil verildikdə, prezident İlham Əliyev açılışa gələn zaman sadəcə 3 mənzil mebellə təchiz edilib qalanları isə boş qalıb. Cəmi 4 ildir ki , istifadəyə verilən bina artıq qəzalı vəziyyətdədir. Əməkdaşlarımızın lentə aldığı kadrlardan da göründüyü kimi bina sakinləri hər an təhlükə ilə üz-üzədir. Belə qənaətə gəlmək olar ki ,yaşayış binası keyfiyyətsiz tikildiyi üçün qısa müddət keçməsinə baxmayaraq, artıq təhlükə mənbəyinə çevrilib. Sakinlərin sözlərinə görə, binanın kanalizasiya sistemi artıq sıradan çıxıb və payız qış aylarında yağış yağdıqda zirzəmi qrunt suları ilə dolur. Sakinlər onu da bildirir ki , binanın qəzalı vəziyyətilə bağlı Cəlilabad rayon icra hakimiyyətinə dəfələrlə müraciət etsələr də , onların şikayətlərinə baxılmayıb. Məsələyə aydınlıq gətirmək üçün Cəlilabad rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Suallarımızı icra başçısının birinci müavini Asif Əzizov cavablandırdı. O bildirdi ki ,bina İcra hakimiyyətinin balansında deyil . Biz də məsələdə adı çəkilən Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi ilə telefon bağlantısı yaratmağa çalışdıq , lakin zənglərimiz cavabsız qaldı. Təhlükə altında yaşamaqdan təngə gələn sakinlər sonda bildirdilər ki , onların şikayətlərinə baxılmasa , artıq Prezident Adminstrasiyasına müraciət edəcəklər.
Bolgexeber.com