BolgeXeber.Com » Bölgə » Şirvanda «qazlama» siyasəti

Şirvanda «qazlama» siyasəti

3-02-2012, 06:25
Oxunub: 6 098 Şəhər əhli təbii qaza həsrət qalıb, Qaz İstismar İdarəsinin müdiri isə millətə qənim kəsilib

Dövlət başçısının verdiyi tapşırıqlara Şirvan şəhərində məhəl qoyan yoxdur. “Həyat Məktəbi” qəzetinin baş redaktoru Xəyalə Məlikova yazır. Bolgexeber.com bildirir ki, baş redaktoru Şirvan şəhər Qaz İstismar İdarəsinin rəisi Vaqif müəllim şəhər sakinlərinə qənim kəsildiyini qeyd edir.

O yazır ki, Vaqif kimi öz cibini güdən, yarıtmaz, öz işini bilməyən, xalqını yox, öz mənafeyini düşünən idarə rəhbərləri qaz olmadığı halda şəhər sakinlərindən pul yığdırır. «Görəsən «AzəriQaz» rəhbərliyinin belə hallardan xəbəri varmı? Varsa niyə görə belə neqativ halların yaranmasına yol verir?»

Müəllif yazır ki, onların başa düşdükləri odur ki, sədrin bu hallardan xəbəri yoxdur. «Ona görədə yarıtmaz və iş bilməz Vaqif müəllim Şirvan şəhərində at oynadır. Belə bir sual ortaya çıxır, ay mənim iş bilməz qardaşım, bəs niyə görə möhtərəm Prezidentimizin Şirvan şəhərinə gəldiyi gün evlərdə təbii qazın həcmi artmışdı? Əgər qaz yoxdursa niyə görə əhəng sexləri və istixanalar fəaliyyət göstərməyə qaz tapır?»

Xəyalə Məlikova mətbuata ünvanladığı yazısında bildirir ki, millətdən qaz pulunu qaşıq-qaşıq yığınca, həmin yerlərdən çömçə-çömçə almaq yaxşı gəlir idarə rəisinə. «Ay mənim xalqını düşünməyən qardaşım, özünü qoy təbii qaza həsrət qalanların yerinə, sənə necə təsir göstərərdi qaz üzünə həsrət qalmaq?
Hörmətli oxucularımız görəsən biz neçənci əsrdə yaşayırıq? Dövlətimiz inkişaf etdikcə xalqımız Vaqif müəllim kimi iş bilməzlərin sayəsində geridə qalır. Yəni əhali şəhərdə təbii qaz olmadığı üçün hələ də evinin ortasında ləyən qoyub, “Kiptinlik” və “Tefal” ilə su qızdırıb yuyunur. Bunun nəticəsində insanı soyuq tutur və bir çox xəstəliklər baş verir».

Baş redaktor qeyd edir ki, o, bu məqaləni yazanda şəhər sakinlərinə yazığı gəlib. «Heç belə şey olar. Yəni millət evində yorğanla oturub, yorğanla qalxar? Aylıq əmək haqqısı 100 manat olan şəxs ailəni necə dolandırsın? Yəni işıq pulunu ödəsin, kommunal xərcləri ödəsin, ailəsinin təlabatını ödəsin və hansı birinə çatdırsın bu pulu. Yaxşı olar ki, vaxtı-vaxtında qaz verilsin, əhali elektrik qızdırıcılarının yazdığı enerji pulundan azad olsun. O vaxt ailədə problemlər yaranmaz və boşanma halları da aradan qalxar».

Yazının sonunda Şirvan şəhər Qaz İstismarı idarəsinin rəisinə üzünü tutan «Həyat Məktəbi»nin baş yazarı vurğulayır: «Ay qardaş millətə yazığın gəlsin, özünü düşünmürsənsə camaatın evində körpə balaları var, heç olmasa onları düşün və balaca balaların sağlam böyüməsinə mane olma. Axı gələcək onlardan aslıdır və gələcəkləri qabaqdadır. Allah bundan əvvəl ki, Qaz İstismar İdarəsinin rəisinin ölənlərinə rəhmət eləsin. Heç olmasa arada qaz gəlirdi. Bu gəldi-gəlmədi camaata qənim kəsildi. Elə bil intiqam almağa gəlib şəhərə. Ay qardaş bu yetim millətdən nə istəyirsən, onsuzda ölürlər acından».