Bərdədə konsert proqramı təşkil olundu-FOTO
14-07-2015, 16:50
Oxunub: 4 012
Tədbirdə YAP Gənclər Birliyi baş ofisində lahiyələr üzrə sektor müdiri Orxan Fəxrəddinov çıxış edərək belə tədbirlərin vacibliyini vurğuladı və təşkilatçılara öz dərin minnətdarlığını bildirdi
Bolgexeber.com-un verdiyi xəbərə görə, 12 iyul 2015-ci il tarixdə Heydər Əliyev adına istirahət parkında uşaq,yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Bərdə rayon Gənclər və İdman idarəsinin,YAP rayon təşkilatı Gənclər Birliyinin və 3 saylı musiqi məktəbinin birgə təşkilatçılığı ilə geniş konsert proqramı təqdim olunmuş,intelektual viktorina keçirilmişdir. Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov açaraq tamaşaçıları təşkilatçılar adından salamladı.Sonra o,ölkəmizdə və eləcədə rayonda gənclərin və idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışdı. Tədbirin aparıcısı Səbuhi Qasımov belə tədbirlərin yay mövsümündə ardıcıl olaraq davam edəcəyini,müxtəlif səpkidə müsabiqələrin keçiriləcəyini qeyd etdi.Tədbirdə xalq və bəstəkar mahnıları,rəqs musiqiləri ifa olundu. Tamaşaçılara viktorina sualları verildi.Sualları düzgün cavablandıranlara hədiyyələr təqdim olundu. Məktəbin xalq çalğı ansamblının (bədii rəhbər Razi Qasımov) müşayəti ilə “Xalq ulduzu” mahnı müsabiqəsinin iştirakçısı Gültəkin Məmmədovanın,müxtəlif müsabiqələr laureatı Ramin Bayramovun,skripkaçı-müğənni Elnur Rzanın, digər mügənnilərin və musiqi məktəbinin şagirdlərinin ifasında səslənən şən və ritmik mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.YAP Bərdə təşkilatı Gənclər Birliyinin sədri Fərid Fərzəliyev çıxış edərək bu şəraiti yaratdığı üçün rayon icra hakimiyyətinin başçısı cənab Vidadi İsayevə təşkilatçılar adından minnətdarlığını bildirdi və belə konsertlərin ardıcıl olaraq davam edəcəyini qeyd etdi.Rayonda uşaq,yeniyetmə və gənclərin istedadlarının üzə çəxarılmasında və onlara milli musiqimizin və rəqslərimizin aşılanmasında və rayon səviyyəli tədbirlərin keçirilməsində göstərdikləri fəallığa görə 3 saylı musiqi məktəbinin xalq çalğı alətləri ansamblının rəhbəri Qasımov Razi Eldar oğlu,fortepiano müəllimi İbrahimov Nurlan Əlövsət oğlu,tar ixtisası müəllimi Mehdiyev Xankişi Hafiz oğlu və məktəbin muğam səs ixtisasının III sinif şagirdi Əsədov Səbuhi Azər oğlu Gənclər və İdman idarəsinin Fəxri Fərmanları ilə təltif olundular.Tədbirdə YAP Gənclər Birliyi baş ofisində lahiyələr üzrə sektor müdiri Orxan Fəxrəddinov çıxış edərək belə tədbirlərin vacibliyini vurğuladı və təşkilatçılara öz dərin minnətdarlığını bildirdi.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər