Neftçalada yeni çəkilən yol çökdü - FOTO
20-07-2015, 12:41
Oxunub: 4 258
Neftçalada qaş düzəltmək əvəzinə vurub gözü də çıxarbılar...
Bolgexeber.com infom.az-a istinadən xəbər verir ki, Neftçala rayonunda 27 min nəfər əhalinin yaşadığı, 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 30 km olan Şorsulu-Xolqarabucaq-Xəzərkənd avtomobil yolunun hazırki durumu heç də ürək açan deyil.
Qeyd edək ki, bu yolun yenidən qurulması üçün Prezidentin 12 iyun 2012-ci il tarixli sərəncamı ilə dövlət büdcəsindən Neftçala Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.
Təmir və yenidənqurma işlərini "Texnoyol” MMC Azərbaycan şirkəti həyata keçirib. Hələ yol çəkilən vaxt işin keyfiyyətsiz görülməsi ilə bağlı yerli sakinlər müxtəlif instansiyalara narazılıqlarını bildirirdi.
Burada monitorinq keçirən Vətəndaş Nəzarəti Şəbəkəsi bir çox nöqsan aşkarlamışdı. Toplanan faklar onların yekun hesabatlarına daxil edilib, eyi zamanda, yol çəkilişinə cavabdeh- "Texnoyol” MMC-nin layihə rəhbəri Yunus Axverovun diqqətinə çatdırılıb.
Y. Axverov təqdim olunmuş bütün faktların doğruluğunu təsdiqləyib. Amma qəribədir ki, həmin nöqsanlar aradan qaldırılmadı.
Hazırda bu yol üzərində yerləşən "Lapatin” deyilən ərazidə dövlət fonduna aid 19 min ha-dan çox torpaq sahəsi var ki, bunun da 6 min hektarında qanunsuz olaraq arpa əkilib.
Havaların əlverişli keçməsi bu ərazidə məhsul bolluğu yaradıb. Sahibkarlar məhsulu bu ərazilərdən iri tutumlu yük maşını olan "Shaqman”larla müxtəlif istiqamtlərə daşıtdırır.
Bir yandan isti hava, o bir yandanda da 50 tonluq yük maşını yolun asfalt örtüyünə ciddi zərər yetirir.
Bir sözlə, Nefçalada qaş düzəltmək əvəzinə, vurub gözü də çıxarırlar.
Ortada bəzi işbazlar varlanır, dövlətin ayırdığı 5 milyon isə batıb gedir...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər