Cəlilabad bu kəndini susuzluqdan belə məhv edirlər-FOTO
21-07-2015, 15:33
Oxunub: 2 593
Cəlilabad rayonunun ən böyük yaşayış məntəqələrindən olan Günəşli kəndinin sakinləri iki aya yaxındır ki, su problemi ilə üzləşiblər
10 mindən çox sakini olan Günəşli sakinlərinin virtualaz.org saytına verdiyi məlumata görə, kəndin içindən keçən suvarma kanalları iyundan bəri quruyub. Su verilmədiyinə görə kəndlilərin işi olmazın dərəcədə çətinləşib.
“Böyük kənddir. 10 min nəfərdən artıq adamın yaşadığı kənddə yerli sakinlərin əsas dolanışıq mənbəyi əkin-biçindir, həyətyanı təsərrüfatdır. Su olmayanda isə təsərrüfatla məşğul olmaq mümkün olmur. Hazırda kənddə su yoxdur, kanallar qupqurudur. Belə quraqlıq olanda mal-qara, toyuq-cücə də tələf olur, əkin sahələri də yanıb məhv olur. Kəndə niyə su verilməməsinə izah verən yoxdur. Soruşanda da deyirlər ki, guya su qıtlığı var. Maraqlıdır ki, kənddən bir neçə kilometr aralıdakı əkin sahələrinə normal su verilir. Həmin əkin sahələri isə yerli məmurlara məxsusdur. Sadə camaata gələndə su qəhətə çəkilir” - deyə kənd sakinləri bildirib.
Məsələyə aydınlıq gətirmək üçün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ilə əlaqə saxladıq.
ASC-nin suvarma sistemlərinin istismarı şöbəsinin əməkdaşı Nəfisə İmanova virtualaz.org saytına açıqlamasında bildirdi ki, kənddə su problemi yoxdur: “Adıçəkilən kənddə su problemi yoxdur. Hər hansı problem olan kimi qaynar xəttə zəng edirlər və biz də problemi həll edirik. Bizə isə belə müraciət daxil olmayıb”.
Şöbə əməkdaşı eyni zamanda onu da vurğuladı ki, suyun verilib-verilməməyi barədə dəqiq məlumatı yoxdur: “Bunu ancaq rayondan öyrənəndən sonra deyə bilərik. Hər hansı problem olsaydı, burada şikayətçilər üçün açılan kitabda şikayətçi qeyd olunardı. İdarənin əməkdaşları da bir neçə gün əvvəl həmin rayonda idilər, ezamiyyətdən təzə gəliblər”.
N.İmanova bundan əvvəl həmin kənddən şikayətin daxil olmadığını da dedi: “Yenə də daha dəqiq məlumat üçün biz kəndlə əlaqə saxlayıb maraqlanacağıq”.
ASC nümayəndəsinin “orada elə problem olmaması” haqda dediklərinə hər hansı şərhimiz yoxdur. Çünki Günəşli sakinlərinin qurumuş kanalın çəkib redaksiyamıza, bizim də oxuculara təqdim etdiyimiz fotoları əslində hər şeyi deyir...
Bolgexeber.com



Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər