BolgeXeber.Com » Bölgə » Hacıqabulda milli mətbuat günü qeyd olundu-FOTO

Hacıqabulda milli mətbuat günü qeyd olundu-FOTO

22-07-2015, 20:53
Oxunub: 5 444 Hacıqabulda milli mətbuat günü qeyd olundu-FOTOBu gün Azərbaycan milli mətbuatının yaranmasından 140 il ötür

Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur..
Bolgexeber.com bildirir ki,bu münasibətlə Hacıqabul rayonunda silsilə tədbirlər keçirildi. Belə ki, qəzetin fəal yazarları ilə görüşlər keçirilmiş, oxucu konfransları təşkil olunmuşdur. Keçirilən tədbirlərin yekunu olaraq “Hacıqabul” qəzetinin redaksiyasında Rayon İcra Hakimiyyətinin, rayonun idarə və təşkilatlarının rəhbərlərinin, qəzetin əməkdaşlarının iştirakı ilə dəyirmi masa təşkil olundu. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti Başçısının müavini Sahib Aslanov, YAP Hacıqabul Rayon Təşkilatının sədri Hafiz Bəşirov, “Hacıqabul” qəzetinin redaktoru Xuraman Hüseynova milli mətbuatın yaranmasının 140 illiyi münasibəti ilə jurnalistləri təbrik edərək ölkədə mətbuatın inkişafından, mətbuat işçiləri üçün yaradılan şəraitdən söz açdılar. Çıxış edən natiqlər bildirdilər ki, “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı. O vaxtdan ötən 140 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib. “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının intibah dövrü Azərbaycanın müstəqilliyinin bərpasından sonra başlandı. Bu gün Azərbaycanda güclü media formalaşıb. Rayonumuzun mətbu orqanı olan “Hacıqabul” region qəzetləri arasında öz dəsti-xətti ilə seçilir. Bu gün "Hacıqabul" redaksiya ilə oxucular arasında körpü yaradılıb və ziyalıların, rayon ictimaiyyətinin rəğbətini qazanıb. Qəzet öz səhifələrində istər rayon mərkəzində, istərsə də kəndlərdə baş verən yenilikləri, eləcə də mövcud problemləri işıqlandırır. Öz oxucuları ilə tez-tez görüşə gələn "Hacıqabul" qəzeti onların yaxın dostuna çevrilib. Ölkəmizdə azad mətbuatın inkişafı üçün hər cür şərait yaradılıb. Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirərək Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verib. Sevindirici haldır ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlətimizin başçısının Sərəncamına əsasən KİV işçiləri üçün mərhələli şəkildə yaşayış binalarının inşa edilərək istifadəyə verilməsi bunun bariz nümunəsidir. Milli mətbuatımizin 140 illiyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncam mətbuatın inkışafında mühüm rol oynadı.
Sonda qəzetin əməkdaşlarına qiymətli hədiyyələr təqdim olundu, xatirə şəkilləri çəkildi.
Səadət Kərimova
Hacıqabulda milli mətbuat günü qeyd olundu-FOTO
Hacıqabulda milli mətbuat günü qeyd olundu-FOTO
Hacıqabulda milli mətbuat günü qeyd olundu-FOTO
Hacıqabulda milli mətbuat günü qeyd olundu-FOTO
Hacıqabulda milli mətbuat günü qeyd olundu-FOTO