BolgeXeber.Com » Bölgə » Sabirabad təhsilinin iflası - Kimdir günahkar?!

Sabirabad təhsilinin iflası - Kimdir günahkar?!

23-07-2015, 12:05
Oxunub: 2 009 Sabirabad təhsilinin iflası - Kimdir günahkar?!Artıq uzun müddətdir ki, Sabirabad rayon sakinləri onları narahat edən son dərəcə ciddi bir problemin həlli axtarışındadırlar

Əlaqədar instansiyalar isə bu həllin tapılmasında hələ də sabirabadlılara yardım etmək niyyətində deyillər. Əlbəttə, əgər söhbət hər hansı məişət problemlərindən, deyək ki, qaz və ya elektrik təchizatından getmiş olsaydı, bunu hətta daxili imkanlar hesabına da yoluna qoymaq olardı. Amma, gəl daxili imkanlar hesabına rayonun təhsil sahəsində islahat apar, görüm necə aparırsan? Həm də bu sahənin başında Elman Bünyatov kimi bir kadr durubsa. Bu günə qədər Teref. Info olaraq biz dəfələrlə Sabirabad təhsilində olan problemlərdən yazmışdıq. Bütün bu yazılar oxuduqca düşünürsən ki, görəsən təhsil sistemində həqiqətənmi belə bir kadr çatışmazlığı yaşanır ki, böyük bir rayonun strateji əhəmiyyət kəsb edən sahəsini məhz Elman Bünyatovun öhdəsinə buraxıblar? Dərc olunmuş məqalələrin birində isə təhsil şöbəsi müdirinin Təhsil Nazirliyinin əməkdaşlarına qarşı yol verdiyi əsil xuliqanlıq əməllərindən bəhs olunurdu. Daha sonra aldığımız məlumatda RTŞ müdiri tərəfindən rayon və kənd məktəblərinin təmiri üçün ayrılmış dövlət vəsaitlərinin mənimsənilməsinin, vahid məktəbli formalarının satışında rayon üzrə monopoliyanın yaradılmasının Sabirabadın təhsil sisteminə dağıdıcı təsir göstərməsi barədə fikirlər ortaya qoyulmuşdu.

Lakin bu siqnallar da Elman Bünyatov barədə ölçü götürülməsi üçün yetərli olmadı. Ötən il ərzində də ölkə mətbuatında Sabirabad RTŞ müdirinin meyilli olduğu bir çox qeyri-qanuni əməlləri dəfələrlə ictimai müzakirəyə çıxarılmışdı. Belə ki, bir müddət əvvəl E.Bünyatovun qumar oyunlarına aludəçiliyi səbəbindən Sabirabad müəllimlərinin maaşsız qalmaları məsələsi də gündəmə gətirilmişdi. Mövzuya dair dərc olunan materiallarda bildirilirdi ki, Sabirabadın təhsil işçiləri dərs ili başlayandan əmək haqqı almağa həsrət qalıblar. Rayon təhsil şöbəsi müəllimlərin israrına baxmayaraq onlara maaşların gecikməsi ilə bağlı heç bir ağlabatan izahat vermir, heç bu yöndə maraqlı da görünmür. Bəzi mənbələr isə təhsil şöbəsinin müdiri Elman Bünyatovun müəllimlərin maaşını futbol qumarında uduzduğunu söyləyirdilər. Əlaqədar instansiyalar isə həmişəki kimi RTŞ müdirinin bu əməllərini də görməməzliklə "yola verdilər”. Və ən nəhayət Sabirabad ictimaiyyəti öz ümidlərini Təhsil naziri Mikayıl Cabbarovun may ayının 29-da Sabirabad rayonuna baş tutmuş səfərinin nəticələrinə bağlamışdı. Bu xüsusda daxil olan məlumatlarda bildirilir ki, TN rəhbərliyi Elman Bünyatovun yol verdiyi qanun pozuntularından kifayətqədər məlumatlıdır. Lakin Təhsil Naziridə gəldi getdi və heç nə baş vermədi.
Buyurun bu da bütün bizim yazılara diqqət verməməyin bəhrəsi! Sabirabad təhsili Azərbaycanda ən bərbad gündə olduğunu artıq biz yox Tələbə Qəbulu üzrə komisiya aşkar etdi. Bu ki, mediya deyil. Bu alı dövlət orqanı Teref. Infonun yazdıqlarını təsdiq etdi!
Başı təhsildən başqa hər şeyə qarışan Sabirabad RTŞ-nin müdirinin Sabirabad təhsilini iflasa gətirdiyi göz qabağındadır.
Sabirabadda imtahan verənlərin müvafiq olaraq, 6,01% və 6,40%-i Ana dili və Riyaziyyat fənlərindən "5” qiyməti alıblar.

Reytinqdə ikinci yeri 11-ci sinfi bitirən şagirdlərin 43,82%-nin Ana dilini, 49%-nin isə Riyaziyyat fənnini bilmədiyi Daşkəsənrayonu qərarlaşıb.
Qarşı tərəfi də dinləməyə hazırıq.