BolgeXeber.Com » Bölgə » Təhsilimizin üz qarası “Ağsu təhsili”

Təhsilimizin üz qarası “Ağsu təhsili”

10-02-2012, 13:30
Oxunub: 5 448 Və ya 9 suala Tahir Xasının cavabı...

“Bir milləti məhv etmək istəyirsənsə ilk olaraq onun təhsilini məhv et.” Bu sözlər mənim fikirlərim deyil, dahilərin sözləridir. Çox təəssüflər olsun ki, düşmən dəyirmanına su tökən “sapı özümüzdən olan baltalar” var. Və bu “balta”lar öz çirkin əmməllərini həyata keçirmək də davam edirlər. Söz açaçağımız mövzuda elə “öz balta”larımızdan olacaq.

Azərbaycan təhsilini inkişaf etdirməkdən ötəri dəridən qabıqdan çıxan Nazir Misir Mərdanovun işinə kolgə salanlar təəsüflər olsun ki, hələ də var. Belələrinin birinin adı Ağsu təhsilidr. Bir sözlə Azərbaycan təhsilindəki neqativ halları görmək istəyin varsa o istəyi Tahir Xasının rəbərlik etdiyi Ağsu rayon Təhsil Şöbəsinə gəlməklə həyata keçirmək olar.

Bir jurnalist olaraq aşağıdakı sullara Ağsu Rayon Təhsil şöbəsinin müdiri Tahir Xasının cavab verməsini istəyirik

1) Məktəb drektorları hansı şərtlərlə vəzifəyə təyin edilir?
2) Necə yaxın qohumun işə gəlməmək şərti ilə Təhsil Şöbəsindən aylıq məvacib alır?
3) Yeni kadrların işə düzəlməsi ücün hansı vasitələrdən istifadə olunur?
4) Drektorlarla iş birliyinə gedərək təqaüdə çixmış müəllimlərin dərslərini bölərək (və ya ixtisas müəllimi olmayan) məktəblərdə dərs saatları tədris olunmadığı halda onlardan nə qədər pul mənumsənilir?
5) Ayrı-ayrı məktəblərdə dərnək və maraq dərsləri müəllimlərin adlarına yazılaraq pulu Təhsil şöbəsinin müdirinin cibinə niyə gedir?
6) Ağsu rayon kənd orta məktəblərində ayrı-ayrı fənn kabinetlərinin adları var özləri niyə yoxdur?
7) Rayon Təhsil Şöbəsindən kənd məktəblərinin hər hansı birinə yoxlamaya gedən inspektor və metodistlər müəllimlərə göstəriş vermək əvəzinə onlardan nə qədər pul tələb edirlər?
8) Niyə Ağsu məktəblərində praktiki məşğələlər keçirilmir?
9) Niyə Ağsu rayon məktəblərində uşaqların davamiyyəti ilə bağlı tədbir görülmür və bu haqda Nazirliyə düzgün məlumat verilmir?


Bu sualların sayını 99-a çatdırmaq olar. Ancaq biz Tahir müəllimi də fikirləşərək sualların sayına burada “bəs” dedik.

Bundan əlavə olaraq bildirək ki, Rayon haqqında mətbuatda dərc olunan tənqidi yazıların yazılmasına da səbəb məhz həmin Təhsil şöbəsidir. Çünki rayonun təhsilində baş verən özbaşnalıqlar Rayon İcra başçısı Ənvər Seyidəliyevin adına yazılır. Və bunun nəticəsidir ki, mətbuatda ən çox tənqid olunan rayonlardan biri Ağsu rayonu və onun başçısı Ənvər Seyidəliyevdir.

Movzuya qayıdacayıq.