Bərdədə daha bir kəndə təbii qaz verildi-FOTOLAR
1-08-2015, 11:29
Oxunub: 7 165
Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Kamil İsayev çıxış edərək sakinləri kəndə təbii qaz verilişi ilə əlaqədar təbrik etmişdir
31 iyul 2015-ci il tarixdə Hacılar kəndinə təbii qaz verilişinin açılışı olmuşdur. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Kamil İsayev, “Alıbəyli” MMC-nin direktoru Seymur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak etmişlər.
Bolgexeber.com bildirir ki, tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığını, bir-birinin ardınca rayonun kəndlərinin qazlaşdırıldığını, bir an öncə Bala Qacar kəndinə təbii qaz verildiyini, hazırda 22 kəndə təbii qaz çəkildiyini qeyd etmiş, Hacılar kəndinin 130 fərdi yaşayış evinin qazlaşdırılması üçün 12,6 km-dən çox müxtəlif diametrli qaz xətləri çəkildiyini, 22 ədəd siyirtmə quraşdırıldığını, bütün qaz xətlərinin kipliyə və möhkəmliyə görə yoxlanıldığını bildirmiş, sakinləri bu əlamətdar hadisə münasibəti ilə təbirik etmiş, təbii qazdan xeyir işlərdə istifadə etmələrini arzulamışdır.
Tədbirdə kənd sakinləri Nazibə Alıyeva və Rafiq Qaraşov çıxış edərək kəndə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Kamil İsayev çıxış edərək sakinləri kəndə təbii qaz verilişi ilə əlaqədar təbrik etmişdir.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev kənd sakini və “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi nümayəndəsi ilə birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışlar.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və rayonun rəhbər işçiləri kənd sakini Mehralıyev Nəbi Surxay oğlunun fərdi yaşayış evində təbii qazın yandırılmasında iştirak etmişlər.
Bolgexeber.com





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər