BolgeXeber.Com » Bölgə » Xaçmazda istirahət mərkəzi yanıb

Xaçmazda istirahət mərkəzi yanıb

14-02-2012, 10:20
Oxunub: 4 479 Fevral ayının 13-ü axşam saatlarında Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən “Sonagöl” istirahət mərkəzində yanğın qeydə alınıb

Yanğının söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və Quba Dövlət Yanğından Mühafizə Hissəsindən 1 yanğınsöndürən maşını cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın nəticəsində istirahət mərkəzinin sauna otağı yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.