Qəbələdə III beynəlxalq mürəbbə festivalı keçiriləcək
6-08-2015, 15:55
Oxunub: 3 712
Festival Qəbələdə yerləşən "Qafqaz Karvansaray Oteli"ndə baş tutacaq
Nazirlik məlumat yaydı.
Avqustun 29-da Qəbələdə III beynəlxalq mürəbbə festivalı təşkil olunacaq.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.
Nazirliyin məlumatına görə, tədbirdə Dünya Xalq Yaradıcılığı Təşkilatının prezidenti xanım Karmen de Padilla da iştirak edəcək.
Festivala Azərbaycanın 23 bölgəsindən iştirakçılar qatılacaq. Münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.
Qeyd edək ki, festival Qəbələ Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə, Dünya Kulinariya Təşkilatları Birliyi və UNESCO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi altında keçiriləcək.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər