BolgeXeber.Com » Bölgə » 60 sot torpağı deputat İqbal Məmmədov tərəfindən zorla əlindən alınıb - Özünü də təhdid edirlər...
60 sot torpağı deputat İqbal Məmmədov tərəfindən zorla əlindən alınıb - Özünü də təhdid edirlər...
10-08-2015, 12:21
Oxunub: 4 061
"Ailəmizin razılığı olmadan torpaq sahəmizi "Azərenerji"nin rəhbəri Etibar Pirverdiyevə satıblar"
Lerik rayon sakini Eldəniz Quliyev TİA.AZ-a müraciət edib.Onun sözlərinə görə, 60 sot torpağı deputat İqbal Məmmədov tərəfindən zorla əlindən alınıb.
Rayonun Nəriman Nərimanov küçəsi ev 21-də yaşayan Eldəniz Şadkamal oğlu Quliyev deyir ki, ümid yeri dövlət qurumlarıdır.
O bildirib ki, onun 60 sot qanuni sənədi olan həyətyanı sahəsini İqbal Məmmədov zorla ondan alıblar:
“Lerik rayonunda 60 sot qanuni mülkiyyətimi zorla əlimizdən alıblar. Bunun səbəbi odur ki, mənim torpağım dövlət əhəmiyyətli obyektin tikintisi üçün plana düşmüşdü. Bunun müqabilində mənə kompensasiya vermədilər".
O, bununla bağlı dəfələrlə şikayət etdiyini, lakin şikayətlərinin heç bir nəticə vermədiyini iddia edir.
E.Quliyev bildirib ki, məsələni ictimailəşdirəndən sonra deputat İqbal Məmmədov onu təhdid edib:
"Mən öz hüquqlarımı qorumaq üçün bu məsələni ictimailəşdirmək istəyirəm. Əvvəllər də bunu etmişəm, amma rayonun deputatı İqbal Məmmədov bir müddət əvvvəl mənimlə telefon əlaqəsi yaradaraq “səni aradan götürərəm” deyə təhdid etdi.
Hətta nalayiq küçə söyüşləri ilə məni təhqir etməkdən çəkinmədi. 75 yaşlı anamı – Əliyeva Xoşqədəm Şövqi qızını təhqir elədilər. Axşam saat 17:08 radələrində 2-ci dəfə anonim zəng edərək, bu məsələni böyütsəm, məni öldürəcəklərini bildirdilər”.
Şikayətçi həmçinin ailəsinin yaşadığı ağır güzərandan və başına gələn müsibətlərdən də danışıb:
“15 ailə üzvümüz var. Ümidimiz o torpaq sahəsi idi. Əkinimizi viran, bizi müflis etdilər. Qardaşım – 1968-ci il təvəllüdlü Quliyev Tahiri rayon deputatı İqbal Məmmədov qohumları vasitəsi ilə şər atdıraraq həbs etdirdi. Bu məsələdən çəkindirmək üçün hər gün bizə hədə-qorxu gələn anonim zənglər edirlər”. Vətəndaş həmçinin deputation təzyiqlərindən bezərək özünü yandıracağını da istisna etmədi.
Ailəmizin razılığı olmadan torpaq sahəmizi "Azərenerji"nin rəhbəri Etibar Pirverdiyevə satıblar. Orada əkdiyimiz taxıl zəmisini texnikanın qabağına verib məhv ediblər. Mənə deyirlər ki, prezidentin sərəncamı var və biz bu ərazini almalıyıq. Xahiş edirəm, 75 yaşlı anamın və körpələrimin ah-naləsini yerdə qoymayın".
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər