Qazaxda bələdiyyə sədri Qarabağ qazisinin əmlakını yandırdı
12-08-2015, 10:23
Oxunub: 4 787
Yanmanın baiskarı bələdiyyə sədri Kommunalı Nəsibov bu işdən xəbər tutsa da, hələlik ziyan çəkənin yanına gedərək üzürhahlıq etməyib
Bolgexeber.com -a verilən məlumata görə hadisə avqust ayının 5-də səhər saatlarında baş verib. Qazaxın Aslanbəyli bələdiyyə sədri Kommunalı Nəsibov muzdlu işçilər tutaraq kəndin yol kənarlarında iməclik aparmaq qərarına gəlir. Fəhlələr yol kənarındakı kağız, selafan və digər adda tullantıları bir yerə toplayaraq yandırırlar. Bələdiyyə sədri isə fəhlələrin yanında 5-10 dəqiqə dayanaraq “aradan çıxır”.
Bolgexeber.com xəbər verir ki, havaların isti keçməsi ilə əlaqədar yol kənarındakı qurumuş otlar alışmağa başlayır. Sürətlə hərəkət edən alov, həmin kəndin sakini, 2-ci qrup Qarabağ əlili Omarov Vilayət Mədəd oğlunun yaşadığı evə çatır. Nəticədə, Omarov Vilayətin 300 ədəd preslənmiş və 1 maşın otu, 40-50 meyvə ağacı, 25-30 kub taxta, 20 ədəd dam örtüyu və 0,5 hektar bağ sahəsi tamam yanır.
Yanmanın baiskarı bələdiyyə sədri Kommunalı Nəsibov bu işdən xəbər tutsa da, hələlik ziyan çəkənin yanına gedərək üzürhahlıq etməyib. Qarabağ qazisi də qalıb “2 suyun arasında”.
Hazırda ziyan çəkən Vilayət Omarov bələdiyyə sədrinin belə özbaşınalığından lazımi orqanlara şikayət etmək qərarına gəlib. Babalısı Aslanbəyli bələdiyyə sədri Kommunalı Nəsibovun boynuna...
İlham Hacalı
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər