Sabiq hərbi komissarıın məhkəməsi başlayıb
16-02-2012, 14:20
Oxunub: 3 664
Komissarlığın digər vəzifələri şəxslərinin də məhkəmə prosesi birlikdə keçirilir
Bu gün Bakı Hərbi Məhkəməsində Sumqayıt şəhərinin sabiq hərbi komissarı Samir Məmmədov, hərbi komissarlığın II bölmə rəisi Fəxrəddin Əliyev, komissarlığın hərbi həkim komissiyasının sədri Mirnazir Muxtarov, IV bölmə rəisinin köməkçisi Azər Xaliqovun cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Bolgexeber.com-un məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Samir Məmmədovun vəkili Azər Quliyev məhkəmə prosesinin cinayət işinin materiallarında müəyyən statistik rəqəmlər olduğunu nəzərə alaraq, qapalı keçirilməsi, onun barəsində cinayət təqibinə xitam verilməsi və bu vəsatət təmin olunmadığı təqdirdə barəsindəki həbs-qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlər verib.
Dövlət ittihamçısı Azər Qasımov isə əsassız olduğu üçün həmin vəsatətlərin təmin olunmamasını istəyib. Daha sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hakim Həbib Həsənov həmin vəsatətlərin əsassız olduğu üçün təmin olunmadığını bildirib.
Məhkəmənin baxış iclası isə fevralın 27-nə təyin olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 341 (hakimiyyətdən sui-istifadə etmə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrinə əsasən təqsirli bilinirlər.
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 3-03-2023, 16:20 : Yeni dünya düzəni yenidən formalaşmaqdadır
Analitika / Xəbərlər
- 4-03-2023, 09:05 : "Formula 1" mövsümünə START VERİLDİ
İdman / Xəbərlər